Ermənistan MN hərbçilərinin hüquqlarını heçə sayır – Məhkəməyə gizli sənədlər daxil olub

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 1225     12:57     28 May 2019    
Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçunun hüquqlarını pozaraq, onu digər vəzifə tutmaqdan məhrum edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məhkəmə işi 2020-ci il fevralın 4-ə təyin edilib.

İddiaçı Ermənistan Müdafiə Nazirliyinin zenit-raket silahlandırması üzrə rəisi vəzifəsindən azad edilsə də, hərbi xidmət sahəsində onun fəaliyyəti dayandırılmayıb.

Hazırda, vəzifədən azad edilməsinə görə səbəb olan cinayət işi illərdir davam etsə də, iddiaçı nəinki iş hüququndan, həmçinin konstitusiya ilə təyin olunmuş əmək zəmanəti hüququndan da məhrum edilib. O, əmək fəaliyyəti nəticəsində yaşamaq və ödəniş almaq hüququndan da məhrum edilib. İnzibati məhkəmədə 3 ildən artıqdır ki, Ermənistan MN-in “N” saylı hərbi hissəsinin raket artilleriya silahlanması üzrə sabiq rəisi, Baş Qərargah rəisinin hərbi xidmətdən azad edilməsi haqqında əmrinin qanunsuz hesab olunması və son hesablamanın həyata keçirilməməsinin qanunauyğunsuzluq hesab olunması üzrə iddiasına baxılır.

Mayın 22-də keçirilən məhkəmə iclası növbəti ilin fevral ayına təyin edilib. Korpus komandanlığı tərəfindən “N” saylı hərbi hissənin raket artilleriya silahları rəisinin vəzifəsinə uyğun olmadığına dair məhkəməyə sübutlar daxil olub. Müstəntiqin qərarı ilə zenit artilleriya silahları rəisi Q. Nadiryanın səlahiyyətləri müvəqqəti olaraq dayandırılıb.

Qanunun tələblərinə uyğun olaraq, Ermənistan Müdafiə Nazirliyi haqqında cinayət araşdırılması aparılan zabiti vəzifə səlahiyyətlərinin dayandırılmasına görə başqa bir uyğun vəzifəyə təyin etməli idi. Lakin Ermənistan vətəndaşı hesab edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçusunun konstitusiya ilə qorunan yaşamaq zəmanəti pozulub.

Faktiki olaraq, iddiaçının Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kadrlar idarəsinin tabeliyində 6 ay müddətinə maddi ödənişsiz saxlanılması və ona başqa bir vəzifə təklif edilməməsi hüquqlarının pozulmasıdır. O, kadrların sərəncamında qaldığı müddət ərzində heç bir maddi ödənişlə təmin edilməsə də, hərbi xidmətdə qalmaqda davam edib. Vəzifə səlahiyyətləri istintaq aparan orqan tərəfindən dayandırılıb.

Ermənistan Müdafiə Nazirliyi buna cavab olaraq bildirib ki, qanunda istintaq müddətində vəzifə səlahiyyətləri dayandırılan hərbi qulluqçunun digər bir vəzifəyə təyinatı haqqında konkret heç bir şey yazılmayıb. Nazirlik qeyd edib ki, iddiaçı Nadiryan kadrların sərəncamında öz razılığı ilə qalmaqda davam edib və hərbi xidmətdən təxris edilməsi üçün hər hansı müraciət etməyib. Nəticədə Ermənistan Müdafiə Nazirliyi öz səlahiyyətləri çərçivəsində fəaliyyətsizliyinə görə, erməni hərbi qulluqçunu digər vəzifə tutmaqdan məhrum edib.

Xatırladaq ki, məhkəməyə müraciətində iddiaçı əmək haqqı ilə tələbindən imtina edib və cinayət işinin həmin hissəsinə xitam verilib. 2018-ci il sentyabrın 21-də məhkəmə cinayət işini yenidən istintaq üçün geri qaytarıb. Məhkəməyə məxfi sənədlər daxil olduğuna görə, bundan sonrakı məhkəmə iclaslarının qapalı keçiriləcəyi bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Məhkəmə   Etiraz  

Ermənistan MN hərbçilərinin hüquqlarını heçə sayır – Məhkəməyə gizli sənədlər daxil olub

2018/03/18_03_01_1519896198_151989947124_1520267710.jpg
Oxunub: 1226     12:57     28 May 2019    