“Paşinyana görə, bəzi ərazilərin qaytarılması rus layihəsidir” - Tarasov

2018/12/5546_-1545475555.jpg
Oxunub: 4132     11:56     28 May 2019    
“Paşinyanın fikrincə, onlar guya bəzi ərazilərin qaytarılmasına hazırdırlar və bu rus layihəsidir”.

Ordu.az xəbər verir ki, bu barədə rus politoloq Stanislav Tarasov “Regnum” agentliyində dərc edilən məqaləsində keçən həftə Ermənistanda baş verən hadisələrə toxunaraq, Ermənistan Baş naziri Nikol Paşinyanın məhkəmə hüquq sistemində islahatlar aparılması və işğal altında olan Qarabağda xəyanətkarların olduğunu görməsi barədə çıxışına münasibət bildirərkən deyib

Onun sözlərinə görə, Paşinyan, işğal altında olan Qarabağda müharibəyə təşviq etmək və ərazilər qaytarmaq məqsədi olan xəyanətkarlar haqqında danışmaqla, Ermənistanın ikinci prezidenti Robert Köçəryan və Xankəndində olan qondarma “rəhbərlik” arasında körpü yaratmağa çalışıb.

“Bununla da Paşinyanın fikrincə, onlar guya bəzi ərazilərin qaytarılmasına hazırdırlar və bu rus layihəsidir. Paşinyan, 2016-cı il aprel döyüşlərinin bütün məqamlarının istintaqının aparılması məqsədilə parlament komissiyası yaratmaq niyyətindədir”, - deyə o bildirib.

Tarasov, son zamanlar rus jurnalistlərlə görüşü zamanı Paşinyanın dediklərinə diqqət ayırmaqla xüsusən qeyd edir: “Mən, Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın regionda müharibənin qarşısını almaq üçün öz imkanlarından istifadə etməyəcəyinə inanmaq istəmirəm. Mən, Rusiyanın döyüşlərə başlamağa imkan verəcəyinə və Azərbaycanı hücumlardan uzaq saxlamaq üçün öz imkanlarından istifadə etməyəcəyinə inana bilmərəm. Paşinyanın sözlərindən belə çıxır ki, Azərbaycanın döyüşlərə başlamasına Rusiya icazə verib. Yəni, söhbət daxili erməni məsələlərindən yox, İrəvanın Moskva ilə münasibətlərinin gərginləşdirilməsi istiqamətində oyun oynamasından gedir”.

Tarasov, həmçinin mayın 25-də baş tutan mitinqdən və onun iştirakçılarının qondarma qurumu təhdid etməsindən də söhbət açıb.

““Mənim Adımım” partiyası bu mitinqlə hər hansı əlaqəsinin olmasını inkar edib. Əgər bu həqiqətən də belədirsə, o zaman Ermənistanda Paşinyanın maraqlarından irəli gələrək, Qarabağa (qondarma qurum-red.) qarşı fəaliyyət göstərən yeni qüvvə meydana cıxıb. İrəvanla Xankəndi arasında Qarabağ münaqişəsinin nizamlanmasındakı yanaşma tərzi də fərqlidir. Yaranmış vəziyyət Bakı ilə İrəvan arasında danışıqlar mövzusuda öz perespektivini itirir”, - deyə politoloq nəticə çıxarmağa çalışıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Tarasov  

“Paşinyana görə, bəzi ərazilərin qaytarılması rus layihəsidir” - Tarasov

2018/12/5546_-1545475555.jpg
Oxunub: 4133     11:56     28 May 2019    