Ordu.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif “Twitter” səhifəsində yazıb.
Onun sözlərinə görə, “iqtisadi terrorçuluq” İran xalqına zərər verir və regionda gərginliyə səbəb olur.
“Ayətullah Əli Xamenei nüvə silahını qadağan edən fərman imzalayaraq uzun zaman əvvəl bildirib ki, İran nüvə silahı ilə maraqlanmır. ABŞ prezidenti Donald Trampın niyyətlərini sözləri ilə deyil, hərəkətləri ilə dəyərləndirmək lazımdır”, - deyə İran rəsmisi Xameneinin sözlərini diqqətə çatdırıb.
Sevinc Əliyeva
Ordu.az