Azərbaycanla HHM sistemlərinin alınması barədə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub - MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/05/2muda-3117923980.jpg
Oxunub: 3860     19:21     27 May 2019    
“Bu əməkdaşlığın daha da dərinləşməsi dünyadakı vəziyyətlə, ilk növbədə ABŞ və İran arasındakı əlaqələrin ağırlaşması ilə bağlıdır. Əgər bu münasibətlər kəskinləşməkdə davam edərsə, o zaman əməkdaşlıq da yeni səviyyəyə çıxarılacaq”.

Ordu.az İsrail siyasi analitiki, "David Evi" hərəkatının Baş katibi, ehtiyatda olan SAXAL (İsrail Müdafiə Ordusu) zabiti, Rami Suris ilə eksklüziv müsahibəni təqdim edir:

- Azərbaycan İsrailin hərbi texnikasının əsas alıcılarından biridir. 2016-cı ildə Qarabağdakı aprel döyüşlərində İsrail silahları özünü əla göstərdi. Necə hesab edirsiniz, İsrail silahlarının hansı növləri Azərbaycanın hərbi gücünü daha da gücləndirə bilərdi?

- Bildiyim qədər Azərbaycan İsrailin hərbi-sənaye kompleksinin bütün növlərinə maraq göstərir. Hazırda İsrail Azərbaycanı müxtəlif növ silahlar, tank əleyhinə sistemlərindən və müxtəlif məqsədli optik qurğulardan başlayaraq, zərbə PUA-ları və hətta patrul gəmiləri ilə təchiz edir.

Burada İsrailin uzun müddətdir ki, həyata keçirdiyi müxtəlif modernləşdirmələr, məsələn Azərbaycan silahlanmasında mövcud olan tankların mühərriklərinin, eləcə də Azərbaycan Hərbi Hava Qüvvələrinin avionikasının modernləşdirilməsi nəzərə alınmır.

Azərbaycan Ordusunun hərbi gücünün əhəmiyyətli dərəcədə gücləndirilməsinə gəlincə, bildiyim qədər İsrailin keçmiş Müdafiə naziri Libermanın Bakıya və ötən il Azərbaycan Müdafiə nazirinin müavininin İsrailə səfəri zamanı hava hücumundan müdafiə sistemlərinin Azərbaycan tərəfindən alınması məsələsində əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub. Bakı bu sistemlərin köməyi ilə Qarabağdakı münaqişə zonası yaxınlığındakı hava məkanını və Xəzər dənizi akvatoriyasını qorumağı düşünür.

- PUA istehsalında iki ölkənin əməkdaşlığını necə qiymətləndirirsiniz?

- Birgə PUA istehsalı həm də idarəetmə və kəşfiyyat komanda məntəqələrinin də daxil olduğu ölkələrarası strateji hərbi tərəfdaşlığın ümumi bir hissəsidir. Bildiyimiz kimi, bu sahədə məsələlər əhəmiyyətli dərəcədə inkişaf edib və ümumiyyətlə, ölkələrin hərbi əməkdaşlığı çox sabit və çox perspektivli olaraq qiymətləndirilə bilər.

Bu əməkdaşlığın daha da dərinləşməsi dünyadakı vəziyyətlə, ilk növbədə ABŞ və İran arasındakı əlaqələrin ağırlaşması ilə bağlıdır. Əgər bu münasibətlər kəskinləşməkdə davam edərsə, o zaman əməkdaşlıq da yeni səviyyəyə çıxarılacaq.

- İsrail ordusu dünyanın ən güclülərindən biridir. Azərbaycan və İsrail ordusu arasında təcrübə mübadiləsi mümkündürmü? Məsələn, kadr hazırlığı sahəsində?

- Azərbaycan Ordusunun təlim məsələsi hər iki ölkənin müdafiə nazirliklərinin nümayəndələri arasında aparılan danışıqlar zamanı qaldırılıb. Tərəflər bu sahədə razılığa yaxındırlar və ümidvaram ki, yaxın gələcəkdə belə bir sənəd imzalanacaq.

Lakin hesab edirəm ki, bu cür əməkdaşlıq məsələn, komanda və planlaşdırma sahəsində artıq uzun müddətdir ki, həyata keçirilir. İstənilən halda Azərbaycanla Ermənistan arasındakı son qarşıdurmalarda Azərbaycan Ordusu 20, hətta 10 il bundan əvvəlkindən keyfiyyətcə daha yaxşı təsir bağışladı. Əlbəttə ki, bu bizi sevindirməyə bilməz və ümid edirik ki, gələcəkdə işlər daha da yaxşı gedəcək, yəqin ki, bunun üçün hər iki tərəf səylərini artıracaq.

Anar Hüseynov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Azərbaycanla HHM sistemlərinin alınması barədə əhəmiyyətli dərəcədə irəliləyiş əldə olunub - MÜSAHİBƏ (EKSKLÜZİV)

2019/05/2muda-3117923980.jpg
Oxunub: 3861     19:21     27 May 2019    