Azərbaycan XİN müavini:"Keşikçidağ” sərhəd xidmətləri tərəfindən qorunur"

2019/05/61610-1558952594.jpg
Oxunub: 1150     14:22     27 May 2019    
"Keşikçidağ" Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunur və qorunmaqda davam etdirilir.

Ordu.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi:

"Gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi. Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Xələf-Xələfov   SSRİ   Keşikçidağ  

Azərbaycan XİN müavini:"Keşikçidağ” sərhəd xidmətləri tərəfindən qorunur"

2019/05/61610-1558952594.jpg
Oxunub: 1151     14:22     27 May 2019    