Bolqarıstanda Respublika Günü və Silahlı Qüvvələr Günü qeyd edilib

2019/05/61135-1558952500.jpg
Oxunub: 1382     14:21     27 May 2019    
28 may - Respublika Günü, Azərbaycan diplomatik xidmət orqanlarının 100 illik yubileyi və Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Ordu.az xəbər verir ki, qəbulda Bolqarıstanın vitse-prezidenti İliyana Yotova, digər yüksəksəviyyəli dövlət və hökumət rəsmiləri, deputatlar, diplomatik missiyaların rəhbər və əməkdaşları, Azərbaycan diasporunun nümayəndələri, Bolqarıstan vətəndaşı olan həmvətənlərimiz, azərbaycanlı tələbələr, ictimaiyyətinin nümayəndələri, o cümlədən tanınmış elm, mədəniyyət, incəsənət xadimləri və iş adamları iştirak ediblər.

Tədbirdə məşhur bolqar bəstəkarı və dirijoru Kiril Lambovun rəhbərliyi ilə “Nadejda” mədəniyyət evi xor qrupunun ifasında Azərbaycanın və Bolqarıstanın dövlət himnləri ifa olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   Bolqarıstan   Silahlı-Qüvvələr  

Bolqarıstanda Respublika Günü və Silahlı Qüvvələr Günü qeyd edilib

2019/05/61135-1558952500.jpg
Oxunub: 1383     14:21     27 May 2019    