Ordu.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə mütəxəssis, erməni politoloq Vigen Hakobyan deyib.
Onun sözlərinə görə, ABŞ-ın hazırkı hökuməti əvvəlki demokratlardan fərqli olaraq xarici siyasət haqqında unikal təsvirə malikdir.
“Bu mənada hökumətimizin bir hissəsi maliyyə baxımından yox, özünün dəyər sistemi ilə demokratlarla möhkəm bağlı idi. ABŞ-ın hazırkı administrasiyası düşünür ki, onlar özlərindən əvvəlkilərlə əlaqə saxlamağa davam edirlər.
Təbii ki, bu mənada ölkənin yeni rəhbərliyində vəzifə tutan siyasi cəmiyyətin nümayəndələrinə qarşı Vaşinqtonun münasibəti soyuqdur. Onlar düşünürlər ki, bu kimi insanlar, o cümlədən Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri onlara nəsə təklif etməyə qadir deyil”, - deyə Hakopyan bildirib.
O qeyd edib ki, əgər şəxs qarşı tərəf üçün məqbul deyilsə, o zaman nəticə gözləməyə dəyməz.
“Amerikalılar “əgər fəaliyyətdə olan investisiyalar qorunmursa, o zaman yeniləri haqqında danışmaq lazım deyil” qeyd edərək dəfələrlə “Lydian” məsələsini qaldırıblar. Onlar uzun müddət gözlədikdən sonra nəhayət 13 maddə qəbul etdilər və bu maddə ilə razılaşdılar. Eyni zamanda vacib olan Ermənistan tərəfindən danışıqların kimin aparmasıdır. Əgər o, qarşı tərəf üçün məqbul deyilsə, o zaman nəticə gözləməyə dəyməz”, - deyə erməni politoloq qeyd edib.
Xatırladaq ki, bundan öncə “Hraparak” qəzetinin yaydığı məlumatda Ermənistan Milli Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryanın ABŞ-a səfərinin kifayət qədər uğursuz olduğu vurğulanırdı.
Alpər Mövludoğlu
Ordu.az