Daxili Qoşunların Komandanı Türkiyəyə rəsmi səfər edib - FOTO

2019/05/DQK---3117880758.jpg
Oxunub: 2076     10:57     27 May 2019    
Mayın 22-dən 25-dək Daxili İşlər Nazirinin müavini - Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Respublikasına rəsmi səfər edib.

Daxili Qoşunların mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, səfərin ilk günü nümayəndə heyəti Türkiyə Respublikasının Jandarm Baş Komandanı Ordu generalı Arif Çetin ilə görüşüb.

Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Ordu generalı A.Çetin Daxili Qoşunların Komandanını səmimi salamlayaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Qüvvələri arasında işgüzar əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olmasını diqqətə çatdıraraq, Daxili Qoşunların daha da təkmilləşdirilməsi üçün daima lazımi dəstək göstərməyə hazır olduqlarını vurğulayıb.

General-leytenant Ş.Məmmədov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, Türkiyə Respublikasına rəsmi səfər etməsindən məmnunluğunu ifadə edib.

Həmin gün nümayəndə heyəti Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Daxili İşlər Nazirinin müavini Muhterem İnce, Jandarm və Sahil Təhlükəsizlik Akademiyasının rəisi general-leytenant Hüseyin Kurtoğlu ilə görüşüb, həmçinin, Jandarm Baş Komandanlığında Əməliyyatların idarə edilməsi Mərkəzi ilə tanış olub.

Səfər çərçivəsində Jandarm Özəl Asayiş Komandanlığında nümayəndə heyətinə ictimai asayişin qrup şəklində pozulması, kütləvi iğtişaşların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə göstərici məşğələlər nümayiş etdirilib. Bununla yanaşı, nümayəndə heyəti Türkiyə Jandarm Qüvvələrində təlim-tədrisin təşkili və bütün növ maddi-texniki təminat məsələləri ilə də yaxından tanış olub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DQ   Türkiyə   Şahin-Məmmədov  

Daxili Qoşunların Komandanı Türkiyəyə rəsmi səfər edib - FOTO

2019/05/DQK---3117880758.jpg
Oxunub: 2077     10:57     27 May 2019    