DSX-də “Sərhəd” hərbi-idman oyunları keçirilib

2019/05/photo-1558933951.jpg
Oxunub: 1334     09:12     27 May 2019    
Dövlət Sərhəd Xidməti sərhədlərimizin etibarlı mühafizəsini təmin etməklə yanaşı gənclərin hərbi vətənpərvərlik tərbiyəsi istiqa­mətində mühüm tədbirlər həyata keçirir.

DSX-nin mətbuat mərkəzindən Ordu.az-a verilən məlumata görə, bu tədbirlər sırasında xüsusi yer tutan və artıq ənənəyə çevrilmiş “Sərhəd” hərbi-idman oyunları Dövlət Sərhəd Xidmətinin, Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə tədbirlər planı əsasında keçirilir və gənc nəslin Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət ruhunda tərbiyə olunmasında, Vətənə, onun sərhədlərinə məhəbbət hissinin aşılan­ma­sında, gənclərdə sərhədçi peşəsinə marağın artırılmasında böyük rol oynayır.

Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyinə həsr olunmuş və üç mərhələdə keçirilən hərbi idman oyunlarında bu il 36 sərhədyanı və digər rayonlarının 207 mək­təbinin 1035 şagirdi iştirak edib. İlk iki mərhələnin yekunlarına görə 10 komanda Naxçıvan şəhərinin 9 №-li tam orta məktəbinin, Astara şəhərinin 2 №-li tam orta məktəbinin, Mingəçevir şəhərinin İ.Qayıbov adına 10 №-li tam orta məktəbinin, Siyəzən şəhərinin 1 №-li tam orta məktəbinin, Beyləqan rayonunun Araz qəsəbəsinin F.Miriyev adına tam orta məktəbinin, Cəlilabad rayonunun Ləkin kəndinin tam orta məktəbinin, Xaçmaz rayonunun Gödəkli kəndinin tam orta məktəbinin, Oğuz rayonunun Muxas kəndinin tam orta məktəbinin, Zaqatala rayonunun Muğanlı kəndinin tam orta məktəbinin, Şəmkir rayonu Çaparlı kəndinin tam orta məktəbinin komandaları finala vəsiqə qazanıblar.

Oyunların final mərhələsi may ayının 18-dən 24-dək Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Lənkəran sərhəd dəstəsinin Astara sərhəd komendantlığında keçiril­ib. Oyun iştirakçıları üçün yaradılmış şərait məktəblilərə öz bacarıqlarını tam və sərbəst şəkildə nümayiş etdirməyə imkan verib.

Final mərhələsində komandalar "Sərhəd pozucusunun yaхalanması və onun təхliyə edilməsi", "Ləpirçilik", "Sərhəd naryadı tərəfindən nəqliyyat vasitəsinə baхışın keçirilməsi", "Mas­ka­lanma", "Yaralanmış sərhəd naryadına ilkin tibbi yardımın göstərilməsi və onun təхliyə olunması", "Avtomatın sökülməsi və yığılması", "Tüfəngdən hədəfə atəş açmaq" və "Sıra hazırlığı" üzrə öz bilik və bacarıqlarını nümayiş еtdiriblər.

Hərbi-idman oyu­nunun keçirildiyi günlərdə məktəblilər hərbi hissədə yaradılmış şəraitlə tanış olub, onlar üçün bir sıra maraqlı eks­kursiyalar təşkil olunub, çoxsaylı mədəni-kütləvi tədbir­lər, bilik və idman yarışlarına keçirilib.

Final mərhələsinin yekunlarına görə Beyləqan rayonunun Araz qəsəbəsinin F.Miriyev adına tam orta məktəbinin “Araz” komandası birinci, Siyəzən şəhərinin 1 №-li tam orta məktə­bi­nin “Sərhədçi” komandası ikinci, Cəlilabad rayonunun Ləkin kənd tam orta məktəbinin “Ləkin” komandası isə üçüncü yeri tutublar.

May ayının 24-də “Sərhəd” hərbi-idman oyunlarının yekunlarına həsr olunmuş təntənəli tədbir Dövlət Sərhəd Xidmətinin Lənkəran sərhəd dəstəsində keçirilib. Tədbirdə Dövlət Sərhəd Xidmətinin, Gənclər və İdman Nazi­rliyinin və Təhsil Nazirliyinin rəsmiləri qalib komandaları təbrik edərək bu oyunlarının gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.

Tədbirdə “Sərhəd” hərbi-idman oyununun qalibləri kubok, diplom və qiymətli hədiyyələrlə mükafatlan­dırılıb­lar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: DSX   Hərbi-oyunlar  

DSX-də “Sərhəd” hərbi-idman oyunları keçirilib

2019/05/photo-1558933951.jpg
Oxunub: 1335     09:12     27 May 2019    