Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Ordu.az-a verilən məlumata görə, hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilir, sənədli və bədii filmlər nümayiş olunur.
Təsdiq olunmuş plana əsasən, hərbi hissələrdə Gəncə Qarnizonu və Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət mərkəzləri, rayon mədəniyyət müəssisələri kollektivlərinin təqdim etdiyi bayram konsertləri, viktorinalar, kütləvi hərbi-vətənpərvərlik və digər tədbirlərdə şəxsi heyət, veteranlar, məktəblilər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak edirlər.
Ordu.az