“Hraparak”: Qriqoryan inqilabdan əvvəl sadəcə qərb qrantları ilə qidalanan fəal idi (FOTOFAKT)

2019/05/image-1558779078.jpg
Oxunub: 1222     15:45     27 May 2019    
“Hər dəfə hökumət iclasından sonra jurnalistlərlə görüşən Qriqoryan ötən gün kifayət qədər qəzəbli davranıb”.

Ordu.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, Armen Qriqoryan bir il əvvələdək yəni, inqilab dövrünə qədər və indi kim olduğunu unudub.

Nəşr yazır ki, Qriqoryan inqilabdan əvvəl sadəcə qərb qrantları ilə qidalanan fəal olub: “O, həmin dövrdə vaxtaşırı Putin və Rusiyaya qarşı bəyanatlarla çıxış edirdi. Bu gün bunları unudan Qriqoryan keçmişindən imtina etməklə jurnalisti yalan danışmaqda ittiham edir. Hər dəfə hökumət iclasından sonra jurnalistlərlə görüşən Qriqoryan ötən gün kifayət qədər qəzəbli davranıb. Buna səbəb onun nə vaxtsa Putin və Rusiya əleyhinə təbliğat aksiyalarının xatırladılması olub.

Jurnalist tərəfindən ona vaxtilə Rusiya əleyhinə aksiyalar keçirməsi, rus siyasətinin aparılmasına qarşı fəaliyyətləri, qərbyönlü siyasətçi olması və hazırda Rusiyanın onu bir o qədər də qəbul etmədiyi, buna görə də, münasibətlər yaratmağa cəhd etməklə Moskva üçün qəbulolunan məmur olması istiqamətində fasiləsiz olaraq çalışdığı xatırladılıb.

Bu deyilənlərə cavab olaraq Armen Qriqoryan qeyd edib ki, Rusiya və qərblə bağlı verilən suallar 1 il öncəki tarixə malikdir. O bildirib ki, rus-erməni münasibətlərində hər hansı problem görmür. Öz səviyyəsində rus həmkarları ilə fəal əlaqədə olduğu və iş apardığını qeyd edən Qriqoryan tezliklə iyunun 18-də Rusiyada həmkarı ilə görüşəcəyini, həmçinin Patruşevin də Ermənistana səfərinin danışıqlar mərhələsində olduğunu qeyd edib”.

O, qeyd edilənlərin mətbuatda dövriyyədə olmasına baxmayaraq, reallığı əks etdirmədiyni vurğulayıb.

“Putin əleyhinə aksiyalar keçirdiyi, şüarlar səsləndirdiyi barədə növbəti sualı eşitdikdə qəzəblənən Qriqoryan qeyd edib ki, siz yalan danışırsınız. Jurnalist Qriqoryana səslənərək onunla bu cür davranmağa ixtiyarının olmadığını bildirib. Qriqoryan cavabında xeyr, bura baxın bu mövzu istismar edilir, dəfələrlə buna aydın cavablar verilib. Siz isə bunu istifadə etməkdə davam edirsiniz, deyə qəzəblənib. Jurnalist isə cavabında Qriqoryana bildirib ki, mən bu vəziyyətdən istifadə etmirəm, sual verirəm, siz mübahisəyə çevirirsiniz, xahiş edirəm dəqiq cavab verin, deyə bildirin. Qriqoryan isə nə vaxt və harda Putin əleyhinə təşkil etdiyi aksiyalar barədə faktlar gətirərsə, o zaman jurnalistlə söhbətini davam etdirəcəyini qeyd edib.

Lakin ittiham edilən nəşrin jurnalisti sosial şəbəkələrdə Qriqoryanın Rusiya və Putinə qarşı qeydlərini, o cümlədən Babayanla bu mövzuda yazışmasını əks etdirən hissələri toplayaraq, yayıb”, - deyə “Hraparak” qeyd edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Armen-Qriqoryan   Rusiya  

“Hraparak”: Qriqoryan inqilabdan əvvəl sadəcə qərb qrantları ilə qidalanan fəal idi (FOTOFAKT)

2019/05/image-1558779078.jpg
Oxunub: 1223     15:45     27 May 2019    