“Bu o deməkdir ki, Azərbaycanı hücuma təşviq edirik” - Rustamyan nədən narahatdır?

2019/05/15586-1558684161.jpg
Oxunub: 920     11:23     24 May 2019    
“Paşinyanın əsas yoldan yayındığını hiss etdiyimizdə, onun istefasını tələb edəcəyik”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Daşnaksütun partiyasının büro sədri Armen Rustamyan deyib.

Onun sözlərinə görə, hər hansı qaranlıq qüvvələrin xəyanətkarlıq etməsi və Qarabağ ətrafında saxta gündəm yaratmaqla Paşinyanın məsələ ilə bağlı dedikləri təhlükəlidir.

“Əgər Paşinyan xəyanətkar müharibə olduğunu və bu barədə ciddi şübhələrinin olmasını deyirsə, o zaman Azərbaycana müəyyən şeyləri hədiyyə edir. 2016-cı ildə ən yüksək tribunalardan Azərbaycan aydın şəkildə bəyan edirdi ki, o, hücum etməyib, edilən hücumu dəf edib. İndi belə çıxır ki, xəyanətkarlıq olub, hücum etmişik ki, əraziləri qaytaraq. Bu o deməkdir ki, biz Azərbaycanı hücuma təşviq edirik. Sonra biz bu işin altından necə çıxa biləcəyik?”, - deyə Rüstəmyan təşvişini gizlədə bilməyib.

Qarabağ məsələsinə və hələki gündəmdə olmayan Paşinyanın istefasına toxunarkən Rustamyan qeyd edib ki, əgər güzəştə getməklə inkişaf etmək ideologiyasını rəhbər tutaraq irəli getməyə davam edərlərsə, o zaman istefa tələb edəcəyik: “10 ildən artıqdır, xalqın respublikaçılar partiyası dövründən necə yaşamasını keçmişlə müqayisə etməyə son vermək lazımdır. Biz irəli getmək, siz isə geri çəkmək niyyətindəsiniz. Keçmiş hakimiyyət səhv etdiyinə görə, postundan uzaqlaşdırıldı. Addımlayanları inkar edənədək doğru yolda olublar. İnkar etdikdən sonra onların da problemləri üzə çıxmağa başlayıb. Yol bağlamaq bir şey, yol tikmək başqa bir şeydir. Tankın qarşısını almaq mümkündür, ancaq onu idarə etmək başqa bir şeydir. Əgər əsas yoldan yayındığı hiss edilərsə, Levon Ter Petrosyanın qarşılaşdığı müxalifəti qarşılarında görəcəklərini şəxsən Paşinyana bildirmişəm”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Qarabağ  

“Bu o deməkdir ki, Azərbaycanı hücuma təşviq edirik” - Rustamyan nədən narahatdır?

2019/05/15586-1558684161.jpg
Oxunub: 921     11:23     24 May 2019    