“Paşinyanın çıxışından aydın olur ki, ölkənin təhlükəsizlik zəmanəti belə yoxdur” - Aşotyan

2019/05/Armen-1558616200.jpg
Oxunub: 542     09:55     24 May 2019    
“Ötən ilin oktyabrında Armen Sarkisyan “моя хата с краю” strategiyasının ilk addımını həyata keçirib”.

Ordu.az xəbər verir ki, bu barədə Respublikaçılar partiyasının sədr müavini Armen Aşotyan Ermənistanda son vaxtlar baş verən bəzi önəmli məqamlara “Facebook” səhifəsində münasibət bildirib.

Onun sözlərinə görə, Armen Sarkisyan keçən il bu vəzifəni artıq dəyişdirilmiş konstitusiya əsasında tutmağa razılıq verib.

Aşotyan arqumentlərini belə əsaslandırıb:

“1. Konstitusiya islahatları ilə məhdudlaşdırılmış səlahiyyətlərlə fəaliyyətdə olan prezidentin reaksiyasının zəif fakt olduğu izah edilməlidir.

2. Armen Sarkisyan keçən il bu vəzifəni artıq dəyişdirilmiş konstitusiya əsasında tutmağa razılıq verib. Yəni, öz gələcək fəaliyyətinin təsviri barədə yetərincə məlumatlı olub.

3. Hələ keçən ilin oktyabr ayında Armen Sarkisyan “моя хата с краю” strategiyasının birinci təzahürünü Nikol Paşinyan tərəfindən parlamentin qanunsuz mühasirəyə alınmasını həzm edərək, şərait yaratması ilə başlayıb. Daha sonra süni şəkildə erməni parlamentinin nizamnaməsi qanununu imzalamamaqla yerinə yetirib. Bu, birbaşa öhdəliklərini layiqincə yerinə yetirməməkdir.

4. Hələ səlahiyyətlərinin ilk icrasına başlayarkən Armen Sarkisyan faktiki olaraq fəaliyyətinin konstitusiyada əksini tapan səlahiyyətlərindən daha çox olacağına işarə edirdi. Bəs...?

5. Ölkəyə xidmət etmişəm və bu gün də xidmət edirəm. Mən və dostlarımın buna görə, nə mandata nə də vəzifəyə ehtiyacımız yoxdur. Bu məsələdə Tevan, əzizim, sənin etirafın doğrudur.

6. Nəhayət prezidentin konstitusiya səlahiyyətləri ilə ölkə üçün gərgin günlərdə xaricə olan səfərin təxirə salınmaması və ölkəyə geri qayıtmamasının nə əlaqəsi var? Onun 10 gün müddətinə Qazaxıstana səfərinin hansı əhəmiyyətli gündəmi olub? Ölkə prezidentindən gözləntilərim təbiidir.

Bundan başqa Nikol Paşinyanın çıxışından aydın olur ki, bizim, həmçinin təhlükəsizlik zəmanətimiz də yoxdur”, - deyə Aşotyan Paşinyanın dediklərini cəfəngiyat adlandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Aşotyan   Paşinyan   Etiraz  

“Paşinyanın çıxışından aydın olur ki, ölkənin təhlükəsizlik zəmanəti belə yoxdur” - Aşotyan

2019/05/Armen-1558616200.jpg
Oxunub: 543     09:55     24 May 2019    