Öldürülən əsgərin atası AİHM-də Ermənistana qarşı işi udub

2019/05/MIED-1558612460.jpg
Oxunub: 766     15:57     23 May 2019    
Bu gün Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) "Mirzoyan Ermənistana qarşı" işi üzrə hökm verib.

Ordu.az"Aravot.am"a istinadən xəbər verir ki, oğlu hərbi xidmət keçən zaman xidmət yoldaşı tərəfindən öldürülmüş Robert Mirzoyan işi udub və 15 min avro təzminat alıb.

İddiaçının oğlu Qeqam Serqoyan hərbi xidmətini Azərbaycanın işğal olunmuş ərazilərində - Dağlıq Qarabağda edib. O, 2007-ci ilin aprel ayında xidmət yoldaşının başına güllə vurması nəticəsində yaralanıb və özünə gəlmədən elə həmin ilin may ayında ölüb.

Qətli törədən erməni zabit daha sonra 15 il həbs cəzasına məhkum olunub.

Ermənistan məhkəmələri öldürülən əsgərin atasına dövlətdən kompensasiya verilməsindən imtina edib.

AİHM isə qərara alıb ki, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) maddələri pozulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Dağlıq-Qarabağ   AİHM  

Öldürülən əsgərin atası AİHM-də Ermənistana qarşı işi udub

2019/05/MIED-1558612460.jpg
Oxunub: 767     15:57     23 May 2019    