Corctaun Universitetinin professoru: “ABŞ Yaxın Şərqdən çəkiləcək”

2019/05/us-mi-1558597163.jpg
Oxunub: 806     21:36     23 May 2019    
“ABŞ-ın Yaxın Şərq ilə əlaqəsi təmamilə bitməsə də, ciddi şəkildə azalacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Harvard Universitetinin professoru Stefan Ualt Yaxın Şərqdəki hadisələrə və ABŞ-ın bölgəyə olan maraqlarına toxunarkən deyib.

Onun sözlərinə görə, ABŞ Yaxın Şərqdə, bəzi vəziyyətlərdə hərbi mövcudiyyətini göstərir.

“ABŞ-ın bölgəylə əlaqəsi təmamilə bitməsə də, ciddi şəkildə azalacaq. ABŞ Yaxın Şərqdə bəzi vəziyyətlərdə hərbi mövcudiyyətini göstərsə də, daha çox diplomatik missiya yürüdəcək”, - deyə Ualt bildirib.

Professor ABŞ-ın bölgə ilə olan əlaqəsində etdiyi ən böyük səhvin bəzi ölkələrə digərlərinə nisbətdə daha fərqli münasibət göstərdiyini misal çəkib: “ABŞ-ın bəzi Yaxın Şərq ölkələriylə xüsusi əlaqə qurması, digər ölkələrin Vaşinqtonla əlaqə yaratmaq istəklərini kənara atır. Fələstin-İsrail qarşıdurmasında olduğu kimi, bu problem ABŞ-ın İsrail ilə xüsusi əlaqə qurmasıyla ortaya çıxdı. Bölgədə mümkün olduğu qədər daha çox ölkə ilə normal əlaqə yaratmağa çalışmalıyıq”.

Onun sözlərinə dəstək verən Corctaun Universitetinin professoru, Ağ Evin keçmiş işçisi Çarles Kupçan isə Vaşinqtonun maraqlarının artıq Asiya bazarına istiqamətlənməyə başladığını və ABŞ-ın Yaxın Şərqə göstərdiyi marağının vaxt keçdikcə azalacağı fikrini müdafiə edib.

“ABŞ-ın bölgədən sürətli çəkilməsi İraq və Əfqanıstanda olduğu kimi problem yaradacaq. Yaxın Şərqdən çıxmağa çalışırıq, amma Yaxın Şərq hər dəfə bizi geri içinə çəkir", - deyə Kupçan qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Corctaun-Universiteti  

Corctaun Universitetinin professoru: “ABŞ Yaxın Şərqdən çəkiləcək”

2019/05/us-mi-1558597163.jpg
Oxunub: 807     21:36     23 May 2019    