Ermənistan ordusunda divizionun döyüş atışlı təlimi keçirilib

2019/05/image-1558357224.jpg
Oxunub: 734     17:21     20 May 2019    
Ermənistanda “Bağramyan” təlim mərkəzində keçirilən artilleriya bölmələrinin düşərgə çıxışında 5-ci ordu korpusunun tabeliyindəki artilleriya bölmələri cəlb edilməklə divizionun döyüş atışlı nümunəvi təlimi keçirilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, təlim sahəsində tədris nöqtələri açılıb. Açılan tədris nöqtələrində təlimə hazırlıq və keçirilməsi qaydaları, tərtib edilən sənədlər, texniki vasitələr, silahlanma və digər sahələr nümayiş etdirilib.

Təlim mövzuları pilotsuz uçuş aparatlarının və atəşin müəyyən edilməsi üzrə xüsusi təyinatlı dərin kəşfiyyat qrupunun qarşılıqlı fəaliyyəti, silah və hərbi texnikanın döyüş tətbiqinə hazırlanması olub.

Korpus komandiri polkovnik A.Piloyanın rəhbərliyi altında keçirilən təlimin döyüş atışlı mərhələsində, ərazidə döyüş fəaliyyətlərinin icrası, PUA-ların dəstəyi sayəsində divizionun "dəqiq" atəşi nəticəsində vurulan rəqibin əhəmiyyətli obyektlərinin aşkarlanmasının həyata keçirildiyi iddia edilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Təlim  

Ermənistan ordusunda divizionun döyüş atışlı təlimi keçirilib

2019/05/image-1558357224.jpg
Oxunub: 735     17:21     20 May 2019    