“Joğovurd”: Ermənistan ordusunda baş verən qəzalar niyə düzgün araşdırılmır?

2019/05/41549-1558345198.jpg
Oxunub: 560     17:41     20 May 2019    
“Hərbi avtomobillərin qəzaya uğraması nəticəsində növbəti qurbanın olması zamanı SQ-in Baş Qərargah rəisi Artak Davtyan nə ilə məşğul idi?”.

Ordu.az xəbər verir ki, bu barədə “Joğovurd” nəşrində dərc olunan məqalədə bildirilir.

Məqalədə qeyd edilir ki, Ermənistan Müdafiə Nazirliyi baş verən qəzalarla bağlı düzgün iş aparmır.

“2018-ci il noyabrın 7-də Ermənistanın Vorotan-Xndzoersk avtomobil yolunda avtoqəza baş verdi. Qəza nəticəsində 4 hərbçi öldü, digərləri isə müxatəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildi.

Avtomobilin istismara yararlı olmadığı barədə məlumatlar yayıldı. Bundan sonra Müdafiə Nazirliyinin bir sıra yüksək rütbəli şəxsləri vəzifəsində azad edildi. Bu hadisəyə görə, kimsə məsuliyyətə cəlb olunmadı, yalnız vəzifədən azad olunmalarla kifayətləndilər.

Bu hadisədən bir müddət sonra, aprelin 13-də, Meğri-Tsiran dərəsi avtomobil yolunda başqa bir avtoqəza baş verdi, nəticədə isə 18 hərbi qulluqçu xəstəxanaya yerləşdirildi. Və hüquq-mühafizə orqanları bu hadisəni araşdırarkən növbəti üç hadisə baş verdi.

Mayın 14-də Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin təlim keçirməsi zamanı döyüş avtomobillərinin idarə edilməsi və ya istismar edilməsi qaydalarının pozulması "Ural-4310" markalı avtomobilin qəzaya uğramasına səbəb oldu. Nəticədə avtomobildə olan şəxsi heyətin rəhbəri, məcburi hərbi qulluqçu, kiçik-çavuş Ararat Xeçumyan aldığı bədən xəsarətlərindən vəfat etdi.

Müdafiə Nazirliyinin avtomobillərinin təcrübəsiz hərbi qulluqçulara verilməsi və onların həyatının təhlükə altına qoyulması barədə məsələr dəfələrlə dilə gətirilib. Bu hadisələrə görə heç kimin cavab verməməsi, Müdafiə Nazirliyinin bu dərslərdən nəticə çıxarmaması və daha təcrübəli sürücülərin avtomobillərə təyin olunmaması məsələsi aydın deyil”, - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Qəza   Ölüm  

“Joğovurd”: Ermənistan ordusunda baş verən qəzalar niyə düzgün araşdırılmır?

2019/05/41549-1558345198.jpg
Oxunub: 561     17:41     20 May 2019    