“Bu gün əkiz qardaşım Nurlanla birlikdə eyni postda Vətənə xidmət edirik”

2019/05/bf51f-3116668478.jpg
Oxunub: 801     17:14     20 May 2019    
Yazın son ayı olsa da, çöl-çəmənə səpələnən çiçəklər könül oxşayır.

Hər dəfə fəslin bu çağında təbiət qoynuna çıxanda qəribə hisslər keçirirəm. Düşünürəm: görəsən, təbiət məni hansı gözəlliyi ilə heyrətə gətirəcək, ürəklərdə dərd bağlamış yurd nisgilimi əsrarəngsizliyiylə ovundura biləcəkmi?

Gözəl yaz günündə dağlar qoynunda yerləşən bir məkanda ezamiyyətdəyəm. Yenə də dolanbac, ilan yollar bizi səngərə aparır. Düşüncələrim məni, Xalq yazıçısı Anarın təbirincə desək, bütün azərbaycanlıların ruhunun Vətəni Şuşaya götürür. Yol boyu düşünürəm, Qarabağımıza, ruhumuzun Vətəni Şuşamıza sədaqətimizlə, şücaətimizlə, vətənpərvərliyimizlə, əbədi bağlılığımızla qalib çıxacağıq. Azərbaycan əsgərinin sayəsində Xalq şairi Səməd Vurğunun “Vaqif” dramından bir misranı daha dönməzliklə deyək: “Tərlan oylağında sar ola bilməz”.

Bir azdan səngərlərdə olacağıq, əsgərlərimizlə görüşəcəyik, söhbət edəcəyik. Ulu öndər Heydər Əliyevin formalaşdırdığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənən, güclənən dünyanın ən güclü ordularından biri olan ordumuzdan, 2016-cı ilin Aprel döyüşlərindən, Günnüt zəfərindən və s. danışacağıq.

Ulu Öndərin “Azərbaycan xalqının tarix boyu nümayiş etdirdiyi qəhrəmanlıq, cəsurluq ənənələri bu gün müstəqil Azərbaycan dövlətində yenidən yüksəlib və daha da canlanacaqdır”, “Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi üçün döyüşəcək, vuruşacaq və Azərbaycan dövlət müstəqilliyini və ərazi bütövlüyünü təmin edəcəyik” kəlamlarını da xatırlayacağıq.

Bu kəlamların aşıladığı qürurla səngərlərə yaxınlaşmaqdayıq. İçimdə yaranan sualları düşünə-düşünə, onların cavabını ala biləcəyim səngərə - Azərbaycan əsgərinin müvəqqəti son dayanacaq məntəqəsinə çatırıq. Bizi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Məhəmmədəli Məmmədov qarşılayır. O söhbət zamanı bildirir ki, Vətən keşiyində dayanmaq onun üçün hisslərin ən alisinə çevrilib: “Bu ali hissi anlamından da çox duymaq və yaşamaq lazımdır. Bu hissi yaşamadan səngərin mahiyyətini dərk etmək olmaz. İndiki məqamda bütün zabit və əsgərlərimizi bir məsələ düşündürür - Böyük Qələbə. Aprel döyüşlərini və Günnüt zəfərini qazananların davamçıları olaq. Böyük Qələbəni tezliklə reallaşdıraq. Zabitlərimiz əsgərlərimizə aşılayır ki, bu ali məqsədə nail olmaq - torpaq və millət naminə xalqımızın Qələbəsini təmin etmək üçün hər birimiz nizamnamələrin tələblərinə ciddi əməl etməli, əmr və tapşırıqları məsuliyyətlə yerinə yetirməliyik. Onlar yaxşı bilirlər ki, tarixi qələbə hərbi qulluqçularımızın döyüş və mənəvi-psixoloji hazırlığından da asılıdır”.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüqar Əliyev də söhbətə qoşulur: “Əsgər kimi əsas işimiz komandirlərimizin sayəsində hərbin sirlərinə dərindən yiyələnmək, müasir silah və texnikadan mükəmməl istifadə etməyi bacarmaqdır. Onu da yaddan çıxarmırıq ki, müharibədə həm də ideya və ruhla döyüşülür. Əsgər öz xalqının müharibələr tarixini bilməlidir, qəhrəmanlarını tanımalıdır, ruh yüksəkliyi olmalıdır. Biz həm də tariximizdən, qəhrəmanlarımızdan güc alırıq. 2016-cı ilin Aprel döyüşləri qalibiyyətlə başa çatdı. Aprel zəfəri sübut etdi ki, Azərbaycanın igid və cəsur oğulları hər zaman olub, var və olacaq”.

Mayor Bəhmən Daşdəmirov vurğulayır ki, Azərbaycan Ordusunun nail olduğu inkişaf nəticəsində şəxsi heyətin döyüş əzmi də yüksəlib, qələbə ruhu da. Onu da bildirir ki, Azərbaycan Ordusu istənilən an torpaqlarını işğaldan azad etmək gücündədir: “Ordumuz gündən-günə inkişaf edir. Xalqımızın bizə inamı və güvəni sonsuzdur. Vətənə inam, xalqa sədaqət ruhunda xidmət edirik. İnanıram ki, Ağdamı, Xankəndini, Şuşanı, Laçını, Füzulini və işğal altında olan digər torpaqlarımızı da erməni işğalçılarından azad edəcəyik”.

Əsgər Surət Məmmədzadə deyir: “Hərbi andı qəbul edən zaman and içmişik ki, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaq, bundan ötrü qanımızı və canımızı əsirgəməyəcəyik”.

“Əsgər kimi üzərimizə düşən bütün tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışırıq”, - deyə əsgər Ruslan Şərifov söhbətə başlayır.

“Bu gün əkiz qardaşım Nurlanla birlikdə eyni postda Vətənə xidmət edirik. Xidmət etdiyim müddətdə hərbin sirlərinə dərindən yiyələnmişəm. Qarşıda gördüyünüz dağın o tərəfi də tarixi Azərbaycan torpaqlarıdı. Torpaqlarımızın geri qaytarılması üçün xidmət edirik”.

Əsgər Nurlan Şərifovun əsas arzusu qəhrəmanlarımızın yolunu davam etdirməkdir: “Qardaşımın və mənim ən böyük arzumuz Mübariz kimi, Çingiz kimi qəhrəman oğullarımızın yolunun davamçısı olmaqdır. Xocalı, Qaradağlı kimi faciələri unutmamışıq, unutmayacağıq da. Torpaqlarımızı işğaldan azad edəcəyik”.

Mayor Bəhmən Daşdəmirov bildirir: “Şübhə yoxdur ki, əsgər Nurlan Şərifovun adını qeyd etdiyi və etmədiyi qəhrəmanlarımızın misilsiz qəhrəmanlığı ordumuzda nümunə və örnək timsalıdır, gənc əsgərlərimizin düşmənə nifrət və döyüşkənlik ruhunda tərbiyəsinə daha artıq kömək edəcək. Bunların təbliği, qəhrəmanların həyat yolunun öyrədilməsi bizlərin müqəddəs borcudur. Əsgərlərimizin vətənpərvərliyi, hünəri xalqımızın ordumuza olan sevgisindən güc alır”.

“Hərbi xidmət mənə də həyatda mübarizə aparmaq və ədalətli olmaq hissini aşıladı”, - deyə əsgər Vahid Muradov söhbətə qoşulur.

“Burada valideynlərimin aşıladığı böyüyə və kiçiyə hörmətlə yanaşmaq fikirləri kollektiv arasında hörmət qazanmağıma vasitə oldu. Qarşılığında zabitlərdən, gizirlərdən, digər hərbi qulluqçulardan və əsgər yoldaşlarımdan qayğı və diqqət gördüm. Hərbçi olmaq qərarına gəlmişəm. Təxris olduqdan sonra gizir hazırlığı kursunda təhsil alaraq Vətənimə xidmətimi davam etdirmək istəyirəm. Bu gün, hər birimiz Vətən torpaqlarının müdafiəsində ayıq-sayıq dayanmışıq və Ali Baş Komandanımızın əmrini gözləyirik. Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edəcəkdir. Sizin Böyük Qələbə günündən reportaj hazırlamağınıza çox qalmayıb. O gün uzaqda deyil!

Bu arzu, əsgər arzusudur. Müqəddəs arzudur. Vətənlə bağlı olan belə arzuları xalqın arzusu bilirəm. Səngərdə eşitdiklərim, Azərbaycan əsgərinin döyüş əzmi, qələbə ruhu xalqın istəyinin ifadəsidir. Bu istəyin, bu arzunun, həm də əsgər Vahid Muradovun bizə ünvanladığı istəyinin xoş təəssüratlarıyla qayıdırıq...

Məhəmməd Əliyev, AO
Foto: Coşqun Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ordu   Xidmət  

“Bu gün əkiz qardaşım Nurlanla birlikdə eyni postda Vətənə xidmət edirik”

2019/05/bf51f-3116668478.jpg
Oxunub: 802     17:14     20 May 2019    