“Qriqoryan kimi ABŞ-a turist şəklində getmək olmaz” - Sarkisyan

2019/05/76876-1557560668.jpg
Oxunub: 675     15:01     18 May 2019    
“O, yalnız Braziliyanın “Peyk Agentliyi”nin direktoru ilə görüşüb. Bunun nə görüş olduğunu və nəyin müzakirə edildiyini bilmirəm”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə mayın 17-də Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sarkisyanın bildirib.

O qeyd edib ki, Tramp nə Sarkisyan, nə də Paşinyanla görüşməyib, lakin yüksək dairələrdə Azərbaycan Müdafiə naziri və Xarici İşlər naziri ilə görüşlər təşkil edilib.

“Mən dəfələrlə qeyd etmişəm ki, yüksək səviyyəli görüşlər olmayıb. Tramp nə Serj Sarkisyan, nə Paşinyanla görüşməyib. Dövlət katibləri, Xarici İşlər nazirləri ilə Müdafiə naziri isə Ermənistan Müdafiə naziri ilə görüşməyib. Əgər müqayisə aparsaq görərik ki, 1 il əvvəl Azərbaycanın Müdafiə naziri və Xarici İşlər naziri ABŞ-ın dövlət katibi və Müdafiə naziri ilə görüşüblər”, - deyə erməni politoloq xatırladıb.

Sarkisyan vurğulayıb ki, ABŞ-ın Ermənistana dair aydın mövqeyi var: “Əlbəttə, bu günlərdə, Ermənistana ABŞ nümayəndə heyəti gəldi və strateji dialoqla bağlı razılaşma imzalandı. Lakin ABŞ təhlükəsizlik məsələləri üzrə prezident müşaviri səviyyəsində bəyan etdi ki, Azərbaycan və Gürcüstan ABŞ üçün strateji tərəfdaş statusuna malikdir. Ermənistan isə yüksək prioriteti olan dövlətdir”.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a etdiyi səfərə toxunarkən politoloq qeyd edib ki, Birləşmiş Ştatlara istənilən səfər turist kimi gedib ABŞ-da gəzib gəlmək yox, faydalı olmalıdır.

“Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-a 10 günlük səfər etsə də, heç bir ciddi görüş keçirməyib. O, yalnız Braziliyanın “Peyk Agentliyi”nin direktoru ilə görüşüb. Bunun nə görüş olduğunu və nəyin müzakirə edildiyini bilmirəm. Lakin ciddi görüşlər aparmaq lazımdır. ABŞ prezidenti praqmatik insandır. O, deyir yaxşı, əgər siz məndən bir şey istəyirsinizsə, bunun qarşılığında nə verəcəksiniz?

ABŞ-da, həmçinin Paşinyanın Ermənistanın heç bir hakimiyyətinin onun kimi ABŞ-ı tənqid etmədiyinə dair bəyanatını mənfi qarşılayıblar. Səfir də bu məsələyə toxunarkən qeyd edib ki, inqilabdan sonra ABŞ seçkilərin təşkil edilməsinə maliyyə baxımından yardım edib. Siyasi baxımdan isə Nikol Paşinyanı Tramp təbrik edib. Bütün bunları nəzərə alaraq, ABŞ-da Paşinyanın verdiyi bəyanatın məntiqini başa düşmürlər. Bəyanatın məntiqi ondan ibarətdir ki, niyə ABŞ inqilabdan sonra Gürcüstana göstərdiyi kimi Ermənistana böyük maliyyə yardımı etmir?”, - deyə Sarkisyan sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Ermənistan   Gərginlik  

“Qriqoryan kimi ABŞ-a turist şəklində getmək olmaz” - Sarkisyan

2019/05/76876-1557560668.jpg
Oxunub: 676     15:01     18 May 2019    