"Aprel zəfəri dedikdə ağlımıza ilk növbədə şəhidlərimiz gəlir"

2019/05/4b1fe-1557994907.jpg
Oxunub: 892     12:14     16 May 2019    
Vətən təkcə üstündə gəzdiyimiz torpaq parçası deyil. Vətən altında şəhidlərin yatdığı, üstündə igidlərin gəzdiyi, hər an azadlığı uğrunda canını və qanını əsirgəməyəcəyin diyardır. Hər kəs öz doğulduğu yeri, boya-başa çatdığı məmləkəti sevməlidir. Hər dəfə ezamiyyətə gedəndə sinələrində Vətən sevgisi yaşadan oğullarımızla tanış oluruq.

"N" hərbi hissəsindəyik. Zabit Ceyhun Rzayevə gəlişimizin məqsədini dedikdən sonra onunla birlikdə ön xəttə yola düşürük. Yolda zabit əsgərlərimizin döyüş ruhundan söz açır: "Onların hər biri ayrı-ayrılıqda qəhrəmandır. Düşmənlə üzbəüz dayanıb, Vətəni müdafiə edirlər. Düzdür, bu hamımızın vətəndaşlıq borcudur. Torpağın çörəyini yeyiriksə, suyunu içiriksə, onu qorumağı da bacarmalıyıq. Əsgərlərimiz də dərk edirlər ki, bu Vətən bizimdir, ona görə də sevgiylə xidmət edirlər".

Zabit qeyd edir ki, düşmən atəşkəsi nə qədər pozsa da, əsgərlərimiz onlara layiqli cavab verirlər. "Düşmən vaxtaşırı atəşkəs rejimini pozmağa çalışır. Əsgərlərimiz onların bu təxribat xarakterli əməllərinin qarşısını alır, düşmənə lazım olan cavabı verirlər. Ermənilər görür ki, onların qarşısında dayanan Azərbaycan əsgəridir. Biz dünyaya qəhrəmanlar bəxş edən bir millətin nümayəndələriyik. Həmişə qorxaqlar səssizlikdən qorxar. Erməni xalqının necə qorxaq millət olduğunu tarix boyu görmüşük. Onlar havadarlarının hesabına yaşayırlar. Bizim millət isə həmişə öz dövlətinə, öz dövlət başçısına və öz ordusuna güvənir".

Söhbətimiz o qədər maraqlı keçdi ki, yolun necə bitdiyinin fərqində olmadıq. Artıq mövqedəyik. Gizir Abbasəli Ələkbərov ilk olaraq vəziyyət barədə məlumat verdi. Söhbət zamanı öyrəndim ki, onunla "N" hərbi hissəsində əsgəri xidmətdə olarkən görüşmüşük. Üstündən illər keçib və o yenidən ordu sıralarına qayıdıb. "Əsgərlik mənə bir çox vərdişlər qazandırdı. Xidmətimi başa vurub evə qayıdanda anladım ki, mən formasız qala bilmərəm. Bir müddətdən sonra hərbçi olmaq arzumu valideynlərimə bildirdim. Onlar da fikrimə hörmətlə yanaşdılar. Hətta atam alnımdan öpərək "sənin kimi oğuldan ancaq bunu gözləyə bilərdim. Get, Vətənə şərəflə xidmət et", - dedi. Artıq iki ildir ki, ordu sıralarındayam və ön xətdəyəm. Torpağı müdafiə etmək şərəfdir, ön xətdə, düşmənlə üzbəüz durmaq isə ikiqat şərəfdir. Bu cür məğrur əsgərlərlə bir yerdə olmaq gözəl hissdir. Düşünəndə ki, döyüşə bu igidlərlə birlikdə girəcəksən, qürurlanırsan".

Gizirimizlə birgə əsgər yataqxanasına daxil oluruq. Divarda asılan fotostendlər məni bir az kövrəldir. Vətən uğrunda canlarını fəda etmiş igidlərimiz - Azərbaycanın Milli Qəhrəmanı polkovnik-leytenant Murad Mirzəyev və şəhid əsgər Mahir Quliyevin şəkillərini əsgər yataqxanasında seyr etmək məni həm də qürurlandırır. Hər iki şəhidimiz aprel döyüşlərində qəhrəmancasına vuruşmuşdu. Bu gün onların adları qəlbimizdə əbədiləşib. Hər birimiz onları sevgiylə xatırlayırıq. Aprel zəfəri dedikdə ağlımıza ilk növbədə şəhidlərimiz gəlir. Çünki onların sayəsində illərdir həsrətində olduğumuz qələbə sevincini yaşadıq. Bir sıra strateji əhəmiyyətli ərazilərimizi azad etdik. Bu qələbə onların ruhunu oxşadı. Bir gün işğalda olan digər torpaqlarımızı da azad edəcəyik. Hər bir rayonumuzda üçrəngli bayrağımız dalğalanacaq.

"Vətəni sevən, Vətən yolunda canından keçən qəhrəmanlar heç vaxt unudulmur, əksinə öz xalqının qəlbində əbədi yaşayırlar", - deyən əsgər Sadiq Cəlilov sanki düşündüklərimi oxuyurmuş kimi fikirlərimə şərik oldu. "Hər gün növbəni dəyişməyə gedərkən əsgər yoldaşlarıma onların qəhrəmanlıqlarından nümunə gətirirəm. Birgə döyüşlərdə olmasaq da, hər birinin cəsarəti barədə komandirlərimizdən eşitmişik. Hamısı bir məqsəd üçün vuruşub - Vətənimizin ərazi bütövlüyü, xalqımızın dincliyi, torpaqlarımızın azadlığı uğrunda. Bu gün onların bizə əmanət qoyduğu bu torpaqları göz bəbəyimiz kimi qorumalıyıq. Onlar kimi lazım gəldikdə canımızı fəda etməliyik. Çünki and yerimiz Vətəndir".

İgidimizin düşüncələri məni qürurlandırır. Digər əsgərlərin gözləri də sanki eyni sözləri deyir...
Astara rayonundan olan əsgər Məruf Əliyev bildirir ki, arxada işıqlarımız daim yansın deyə, biz buradayıq. "Xidmətimi başa vurmağıma az qalıb. Döyüş növbətçisi çıxdığım gündən həmişə ürəyimdə özümə demişəm ki, sevdiklərimiz, xalqımız bizə arxayındır. Ona görə də bizlər həmişə ayıq-sayığıq. Qoy bizlərə inanan millətimiz həmişə yaşasın. Dünya var olduqca, dövlətimiz də var olsun".

Əsgər Əmrah Əliyev isə bildirir ki, şəhid analarımızın gözlərindən axan hər damla yaşa görə düşmən cavab verəcək. "Torpağın ağuşuna aldığı şəhidlər həmişə yaşayacaqlar. Onları xalqımız, Azərbaycan əsgəri yaşadacaq. Hər bir şəhid anası bilsin ki, onların qisası mütləq alınacaq. Qarşıda, bizim ata-baba torpaqlarımızda oturub torpaq davası edən, bizə atəş açan ermənilər bir gün gizlənmək üçün yer tapa bilməyəcəklər. Ordumuz onları məhv etməklə yanaşı, sığınacaqlarını da dağıdacaq. Bax həmin gün bizdən aman istəyəcəklər. Onda düşmənə aman verməyəcəyik. Çünki Xocalıda, Şuşada, Laçında... soydaşlarımıza işgəncə verən, dinc əhalini qıran, analarımızın gözlərini yaşlı qoyan düşmənə aman vermək olmaz".

Söhbət zamanı öyrənirəm ki, Əmrah şəhid əsgər Cabbar Zeynalovla birlikdə xidmət edib. "Cabbar həm sinif yoldaşım, həm də ən yaxın dostum idi. Uşaqlıqdan bəri xəyallar qurardıq ki, hər işimizi birlikdə görək. Elə oldu ki, eyni vaxtda xidmətə çağırıldıq. Hərbi andı qəbul etdikdən sonra xidmətimizi ön xətdə davam etdirdik. Bir gün Cabbar döyüş növbətçiliyində olarkən xain düşmən təxribata əl atdı. Atəşkəsi pozdu. Düşməni susdurarkən snayperdən atılan atəş ona tuş gəldi. Şəhid olmuşdu, amma üzündəki təbəssüm solmamışdı. Heyifsilənmirəm, əksinə sevinirəm ki, o cür qəhrəman dostum olub və onunla birlikdə xidmət etmişəm. İndi dua edirəm ki, Ali Baş Komandanımız döyüş əmri verən gün həm dostumun, həm də bütün şəhidlərimizin qisasını alacam."

Söhbətə qoşulan əsgər Nəbi Soltanov qeyd edir ki, ermənilərin həyata keçirmək istədiyi təxribatları, planları heç vaxt baş tutmayacaq. "Qarşıda gördüyünüz torpaqlar bizim tarixi torpaqlarımızdır. Bunu tarix kitabları da təsdiqləyir. Bütün dünya bilir ki, ermənilər bizim torpaqlarımızda məskunlaşmaq istəyir. Özlüyündə "Böyük Ermənistan" xülyası ilə yaşayan düşmən fərqinə varmalıdır ki, nə dövlətimiz, nə dövlət başçımız, nə xalqımız, nə də Azərbaycan əsgəri buna imkan verməyəcək. Əgər erməni əsgərləri bu planın qurbanı olmaq istəmirlərsə, geri çəkilsinlər. Çünki tez bir vaxtda Ali Baş Komandanın əmri ilə döyüşlərə atılacağıq. Onda daş üstə daş qalmayacaq".

Əsgərlər Emran Dadaşzadə və Rəşid Ağabəyov da fikirlərini bizimlə bölüşdülər. "Növbədə olarkən qarşı tərəfi ayıq-sayıq müşahidə edirik. Bir vaxtlar o evlərdə azərbaycanlı ailəsi yaşayırdı. İndi o evləri viran qoyublar, dağıdıblar. Amma bir şeyi unudublar ki, millətimiz heç nəyi unutmur. Dostunu da, düşmənini də seçə bilir. Bundan sonra dosta əl uzadacaq, düşmənə isə etdiklərinə görə layiqli cavab verəcəyik. Bir gün yenə də, həmin evlərdə azərbaycanlı ailəsi yaşayacaq. Necə ki, illərdir doğma sakinlərinə həsrət qalan Cocuq Mərcanlıda indi yaşayış var. Ali Baş Komandanımızın göstərişi ilə orada yeni evlər, məktəb, məscid və başqa obyektlər tikilib, əhalinin istifadəsinə verilib. Şuşada, Kəlbəcərdə, Xocalıda və digər tarixi torpaqlarımızda da yenidən azan səsi eşidiləcək, igidlərimiz at oynadacaq, ata-babalarımız torpağı əkib becərəcəklər".

Söhbətimizin bu yerində Dədə Qorqudun Beyrəyin oğluna verdiyi nəsihətləri xatırlayıram: "Oğul, torpağı əkib-becərməsən qorumağa dəyməz, qorumasan əkib-becərməyə".

Bizi qürurlandıran məqam odur ki, yurdumuzun qəhrəman oğulları torpağa sahib çıxmağı da, əkib-becərməyi də, qorumağı da bacarırlar.

Məhəmməd Nəsirli, AO
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Aprel zəfəri dedikdə ağlımıza ilk növbədə şəhidlərimiz gəlir"

2019/05/4b1fe-1557994907.jpg
Oxunub: 893     12:14     16 May 2019    