Kolerovdan sərt sözlər: “Rusiya Paşinyanla deyil, Ermənistanla münasibətlərini saxlamağa davam edir”

2019/05/modes-1557993858.jpg
Oxunub: 1178     15:22     16 May 2019    
“Sarkisyan hakimiyyəti dövründə də etimad çatışmazlığı var idi. Elə buna görə də Sarkisyan, indiki Ermənistan hakimiyyətinin inqilab adlandırdığı hakimiyyətin ötürülməsinə dair bu mexanzmi seçib. Hakimiyyətin ötürülməsi Rusiya ilə tam əməkdaşlıq baxımından Sarkisyanın istefası ilə bağlı idi. Hakimiyyətin sülh yolu ilə təhvil verilməsi Sarkisyanın qərb meyilliliyinin tərkib hissəsi idi”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Federasiyasının birinci dərəcəli dövlət müşaviri, “Regnum” agentliyinin Baş redaktoru Modest Kolerov deyib.

O, Ermənistanda 2008-ci ilin 1 mart hadisələrinə görə, məhkəmə araşdırmalarının aparılması və bu çərçivədə Robert Köçəryanın həbs edilməsinin erməni-rus münasibətlərinə təsirinə toxunub.

“Bu məhkəmə işi Köçəryanın azad edilib-edilməyəcəyindən asılı olmayaraq, erməni-rus münasibətlərinə mənfi təsir edəcək. Köçəryanın işi, erməni-rus hərbi əməkdaşlığının əsasını qoyana qarşı siyasi təqibdir”, - deyə Kolerov qeyd edib.

Erməni-rus hərbi əməkdaşlığının əsasını qoyan Levon Ter-Petrosyan deyilmi, deyə verilən növbəti suala isə Kolerov cavabında bildirib ki, Levon Ter-Petrosyan siyasi baxımdan ön şərtləri hazırlayıb, daha sonra hakimiyyətdən gedib: “Petrosyanın Köçəryanın etdiyi səviyyədə rus-erməni hərbi əməkdaşlığını yaratmağa vaxtı çatmadı. Siyasi qərarı Petrosyan versə də, parktiki olaraq bu əməkdaşlığın əsasını Köçəryan qoyub”.

Köçəryana qarşı irəli sürülən ittihamların qondarma və heç bir əsası olmadığını bildirən Kolerov vurğulayıb ki, ölkə rəhbəri olan şəxs özünə qarşı çevriliş edə bilməz.

“İlk ittihamdan sonra yeni ittihamlar irəli sürülməyə başlandı. Bu yeni ittihamlar onu sübut edir ki, həbs edildiyi ilk ittiham iflasa uğrayıb. Rusiya ilə hərbi-siyasi münasibətlər qorunub saxlanılsa da, qarşılıqlı etimad olmayacaq.

Sarkisyan hakimiyyəti dövründə də etimad çatışmazlığı var idi. Elə buna görə də Sarkisyan, indiki Ermənistan hakimiyyətinin inqilab adlandırdığı hakimiyyətin ötürülməsinə dair bu mexanzmi seçib. Hakimiyyətin ötürülməsi Rusiya ilə tam əməkdaşlıq baxımından Sarkisyanın istefası ilə bağlı idi. Hakimiyyətin sülh yolu ilə təhvil verilməsi Sarkisyanın qərb meyilliliyinin tərkib hissəsi idi. Paşinyanın Rusiya ilə hərbi əməkdaşlığı dayandırmamaq niyyəti vardı, çünki bu gün hərbi münasibətlər Rusiya ilə olan yeganə əməkdaşlıqdır.

Həmin bu hərbi əməkdaşlıq da keçmişdə Köçəryan tərəfindən əldə edilən uğurlardır. İndi bu əməkdaşlığı davam etdirməyə görüntü yaratmaq və eyni zamanda qondarma ittihamla Köçəryanı həbsə atmaqla, bu əməkdaşlığı şübhə altına salırlar. Köçəryanın təqib edilməsinin yeganə səbəbinin Paşinyan tərəfindən qisas alınması olduğu aydın məsələdir. Ermənistanda baş verənləri izləyənlər buna əmindir. Buna görə də gah bu ittihamı, gah da o birini qondarma olaraq qururlar. Ermənistan hakimiyyətinin vaxtilə Paşinyanın həbsinə görə qisas alma problemi var” , - deyə o qeyd edib.

Mətbuatın yazdığına görə oktyabr ayında Putin Ermənistana səfər edəcək, bu səfərin məhkəmə prosesi ilə hər hansı əlaqəsi olacaqmı, verilən sonuncu sualı isə Kolerov bu şəkildə cavablandırıb: “Xeyr, əgər Putin doğrudan da Ermənistana gələrsə, bu, Paşinyanın Köçəryanı həbs etməsinə razı olması mənasını daşımayacaq. Putin dəfələrlə Köçəryanın təqib edilməsinə görə öz mənfi münasibətini bildirib. Paşinyan isə bu məsələdə Putinin fikrini dinləməkdən qətiyyətlə imtina edib. Rusiya Paşinyanla deyil, Ermənistanla münasibətlərini saxlamağa davam edir. Bunu aydın şəkildə dərk etmək lazımdır. Əgər Paşinyan Ermənistanı təmsil etməsəydi, Rusiya onunla hər hansı əlaqə saxlamazdı, bu məlum məsələdir”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Rusiya   Kolerov  

Kolerovdan sərt sözlər: “Rusiya Paşinyanla deyil, Ermənistanla münasibətlərini saxlamağa davam edir”

2019/05/modes-1557993858.jpg
Oxunub: 1179     15:22     16 May 2019    