Belarus və Serbiya ilə hərbi əməkdaşlıq müzakirə edilib - FOTO

2019/05/DTK_0-3115993720.jpg
Oxunub: 745     17:13     15 May 2019    
Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev tədbirə ev sahibliyi edən Belarus Respublikasının stendini ziyarət edib və bu ölkənin Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən Ordu.az-a verilən məlumata görə, görüşdə iki ölkə arasında hərbi-texniki sahədəki mövcud əməkdaşlığın inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb. Sərgidə nazir müavini Yəhya Musayev Belarus Respublikası Dövlət Hərbi-Sənaye Komitəsinin 15 illik yubiley medalı ilə təltif olunub.

Bundan başqa nazir müavini Yəhya Musayev Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edən Serbiya müdafiə nazirinin maddi ehtiyatlar üzrə köməkçisi Nenad Miliradoviclə görüşüb. Görüşdə mövcud əməkdaşlığın davam etdirilməsi və yeni layihələrin həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb. Nenad Miliradovic “MILEX-2019” sərgisində Müdafiə Sənayesi Nazirliyi tərəfindən nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MSN   Belarus   Serbiya  

Belarus və Serbiya ilə hərbi əməkdaşlıq müzakirə edilib - FOTO

2019/05/DTK_0-3115993720.jpg
Oxunub: 748     17:13     15 May 2019    