“Hraparak”: Paşinyan və ABŞ səfirinin görüşü qara buludsuz ötüşməyib

2019/05/00-75-1557919585.jpg
Oxunub: 661     17:54     15 May 2019    
“Paşinyanın son iki antiamerika bəyanatları və maliyyə yardımı etməməsinə dair daim narazılıq etməsi amerikalıları əsəbləşdirib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşrində qeyd edilib.

Nəşrin yaydığı məlumatda bildirilir ki, Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ səfirinin görüşü heç də ürəkaçan olmayıb.

“Paşinyan və ABŞ-ın yeni səfiri Lin Treysi arasında görüş qara buludsuz ötüşməyib. Paşinyanın son iki antiamerika bəyanatları və maliyyə yardımı etməməsinə dair daim narazılıq etməsi amerikalıları əsəbləşdirib. Baş nazir öz növbəsində iddia edib ki, “daha böyük yardım edə bilərdilər”. Vəziyyəti aydınlaşdırmaq üçün Ermənistan hökuməti müxtəlif səviyyəli məmurları Vaşinqtona göndərməyi qərara alıb.

Ermənistan XİN öncədən məlumat verməkdən yayınsa da, yaxın vaxtlarda Zöhrab Mnatsakanyanın ABŞ-a yola düşəcəyi ehtimal edilir. Onunla bərabər, Ermənistan Müdafiə Nazirliyi və İqtisadi Blokun məsul şəxslərinin də ABŞ-a yola düşəcəyi gözlənilir.

Bundan başqa, bütün dövlət aparatı Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın ABŞ-a səfərinin hazırlanmasına cəlb edilib. Hazırda ABŞ-ın Təhlükəsizlik Şurasının katibi, Federal Kəşfiyyat Bürosu və Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərləri ilə görüşün təşkil edilməsinə çalışırlar” , - deyə nəşr yazır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   ABŞ   Gərginlik  

“Hraparak”: Paşinyan və ABŞ səfirinin görüşü qara buludsuz ötüşməyib

2019/05/00-75-1557919585.jpg
Oxunub: 662     17:54     15 May 2019    