Turnikdən asılmış erməni kursantı kim öldürüb?| Heç kim xatırlamır

2019/05/555-7-1557904571.jpg
Oxunub: 987     20:14     15 May 2019    
Ermənistanda kursantın öldürülməsindən 4,5 il keçib, iş üzrə şahidlər heç nə xatırlamır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, mayın 13-də İrəvan şəhər məhkəməsində 2015-ci il yanvarın 28-dən 29-na keçən gecə Vazgen Sarkisyan adına hərbi institutda öldürülən kursant Hakyaz Barseğyanın işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Məhkəmə iclası zamanı iş üzrə şahidlər, uzun müddətdir məhkəməyə gələ bilməyən Aram Saribekyan və Vahan Avakyan ifadə verib.

Məhkəmə iclası Aran Saribekyanın dindirilməsi ilə başlayıb. O, iş üzrə təqsirli bilinən Vahe Sahakyanla eyni taqımda olub. Sahakyanın vəkili Armen Nadiryanın hadisə gecəsi harda olmasına dair verdiyi suala cavab olaraq, şahid bildirib ki, hadisədən 4 il keçib və konkret xatırlaya bilmir.

Şahid, həmçinin hadisə gecəsi “yat” komandasından sonra oyanaraq, yataqxanadan çölə çıxıbmı deyə, sualın cavabını da verə bilməyib. Vəkil tərəfindən verilən heç bir suala cavab verə bilməyən Saribekyan uzun zaman keçdiyini əsas gətirərək xatırlamadığını bildirib.

İş üzrə şahid, işğal altında olan Qarabağda “Yeğnikner” (hərbi hissə 38862, Tonaşen yaşayış məntəqəsi) hərbi hissəsində zabit kimi qulluq edən Aram Saribekyan qeyd edib ki, təqsirləndirilənlər Vaçe Sahakyan, Movses Azaryan, Norik Sahakyan və Qnel Tevosyanı şəxsən kursant yoldaşları kimi tanıyır. Aralarında heç bir dostluq və ya qohumluq əlaqəsi yoxdur.

O, ifadəsində bildirib ki, hadisə barədə səhər tezdən düzülüşdə Haykazın olmadığını gördükdə bilib. Daha sonra yataq otağında Haykazın çarpayısının qan içərisində olduğunu görərək, tibb məntəqəsinə getdiyini düşündüklərini bildirib. Bir qədər sonra Haykazı fiziki hazırlıq meydanında asılmış vəziyyətdə tapıblar.

Erməni zabit həmçinin bildirib ki, təqsirləndirliən şəxslər və öldürülən Haykaz Barseğyanla aralarında hər hansı bir gərginliyin olduğunu hiss etməyib. “Yat” komandasında sonra yataq otağından çıxıb-çıxmaması barədə vəkilin sualına isə xatırlamadığını bildirib. Qnel Tevosyanın vəkili hadisədən sonra hər hansı qeyri-adi səs eşidib-eşitmədiyi barədə suala cavabında isə şahid Saribekyan bildirib ki, heç bir müzakirə olmayıb və heç kim, heç nə danışmayıb.

Zərərçəkənin nümayəndəsi Ani Torosyan kursantı necə tanıdığını, onu xarakterizə etməyini xahiş edib. Bu sualın cavabında Saribekyan bildirib ki, Haykaz Barseğyanın mənfi heç bir xüsusiyyəti olmayıb. Şahid Saribekyan həmçinin qeyd edib ki, Haykaz Barseğyan və Karen Bağramyan arasında da heç bir gərgin münasibət olduğunu hiss etməyib.

Xatırladaq ki, Karen Bağramyan yanvarın 28-də yeməkxanada Haykaz Barseğyanla mübahisə edən kursantdır. Kursantın atası Arkadi Barseğyan KİV-lərə açıqlamasında bildirib ki, şahidlərin ifadələri onun üçün sadəcə ehtimaldır. Çünki hadisənin baş verməsindən 4 il yarım keçib və hadisə baş verən gecənin detallarını xatırlamaları çətindir. O, onların ifadələrinin gözlənilən olduğunu qeyd edib.

Hakim Davit Harutyunyan şahidlərin dindirilməsi prosesini başa çatdıraraq, növbəti məhkəmə iclasını mayın 27-nə təyin edib.

Xatırladaq ki, Haykaz Barseğyan 2015-ci ilin yanvarın 29-da xüsusi qəddarlıqla Vazgen Sarkisyan adına hərbi institutda öldürülüb. Qətl hadisəsi üçün istintaq araşdırmalarını həyata keçirən orqan, Barseğyanın 4 kursant yoldaşları Vaçe Sahakyan, Movses Azaryan, Norik Sahakyan və Qnel Tevosyana qarşı ittiham irəli sürüb.

Qeyd edək ki, kursantın öldürülməsindən 4 ildən artıq vaxt keçib. Lakin məhkəmə prosesi hələ də davam edir. Məhkəmə iclasları sonsuzadək təxirə salınır, məhkəməyə gətirilən şahidlər isə heç nə xatırlamır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ölüm   Cinayət  

Turnikdən asılmış erməni kursantı kim öldürüb?| Heç kim xatırlamır

2019/05/555-7-1557904571.jpg
Oxunub: 988     20:14     15 May 2019    