Xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malik təlim təyyarəsi - "Super Mushshak" (EKSPERT)

2019/08/4d24a-1565513329.jpg
Oxunub: 1923     11:02     09 Sentyabr 2019    
MFI-395 “Super Mushshak”, 1981-ci ildən Kamra şəhərində yerləşən istehsal müəssisəsində İsveçin “Saab” şirkətinin MFI-17 “Supporter” təlim təyyarəsinin MFI-17 “Mushshak” adı ilə istehsal olunan təyyarəsinin təkmilləşdirilən versiyasıdır. PAC tərəfindən verilən lisenziya əsasında 1995-ci ildən etibarən “Mushshak” təyyarəsinin təkmilləşdirilən MFI-395 “Super Mushshak” versiyasının seriya istehsalı həyata keçirilir.

İnkişaf etməkdə olan müsəlman ölkələri arasında kifayət qədər populyar olan “Super Mushshak” təyyarəsinin 10-cu xarici müştərisi Azərbaycan oldu.

Bu təyyarə Pakistan (300 ədəd), Azərbaycan (10 ədəd), Türkiyə (52 ədəd), İran (25 ədəd), İraq (45 ədəd), Səudiyyə Ərəbistanı (20 ədəd), Nigeriya (10 ədəd), Oman (8 ədəd), Qətər və Suriya Hərbi Hava Qüvvələrində istifadə edilir. Təyyarə Pakistan və Şimali Afrikada mülki məqsədlər üçün də istismar edilir.

Pakistan istehsalı “Super Mushshak” təlim təyyarəsinin texniki xüsusiyyətləri

Ümumi xarakteristikaları:

- Ekipaj: 2-3 nəfər (müəllim, təlimatçı və öyrənən pilot);
- Uzunluğu: 7.15 m;
- Qanad uzunluğu: 8.85 m;
- Hündürlüyü: 2.60 m;
- Qanad sahəsi: 11.9 kv.m;
- Boş çəki: 760 kq;
- Maksimum qalxma ağırlığı: 1250 kq;
- Güc təminatçısı: 1 ədəd “Textron Lycoming” IO-540 V4A5 6 silindrli mühərrik, 260 A.G;
- Pərləri: 1 ədəd “McCauley” və ya “Hartzell”;
- Uçuş göstəriciləri;
- Maksimum sürət: 268 km/s;
- Uçuş məsafəsi: 814 km;
- Enmə sürəti: 96 km/s;
- Havada qalma müddəti: 4 saat 15 dəqiqə;
- Uçuş tavanı: 6700 m;
- Dırmanma sürəti: 8.6 m/s.

“Super Mushshak” xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malikdir. Bu təlim təyyarəsi hərbi aerodomlar olmayan, əvvəlcədən uçuş üçün hazırlanmayan hər cür əraziyə eniş edə bilir və təhlükəsizlik standartlarına tam cavab verir. 4-5 saat havada qalmaq imkanına malikdir. Bu üstünlüklərinə görə, təyyarədən hava patrul xidmətinin təşkilində istifadə etmək də mümkündür. “Super Mushshak” əsas versiyadan fərqli olaraq, ABŞ-ın “Lycoming” şirkətinin daha güclü mühərrikinə, daha müasir panelə və kabin kondisionerinə malikdir.

Təyyarəyə istənilən silahı və kameraları inteqrasiya etmək imkanı mövcuddur. Müasir və təhlükəsiz olan təyyarə ilkin təlim-tədris və uçuş proqramının tələblərinə tam uyğundur.

10 ədəd MFI-395 “Super Mushshak” təyyarəsinin alqı-satqısına dair müqavilə 2017-ci ilin iyul ayının 27-də İslamabadda Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov ilə “Pakistan Aeronautical Complex” rəhbərliyi arasında imzalanıb. İlk 5 ədəd təyyarə 2018-ci ilin noyabr ayında Azərbaycana təhvil verildi. Digərlərinin 2019-cu ilin əvvəlində təslim edildiyi ehtimal edilir. Əlavə olaraq birinci partiya ilə təyyarələrin məşq trenajorları da pilotların istifadəsi üçün təqdim edilib.

Təlimatçıların isə Pakistanda hazırlandığı ehtimal edilir.

2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq hərbi hissələrin pilotlarının və Ali Hərbi Məktəbin kursantlarının peşəkarlığının artırılması məqsədilə “Super Mushshak”, L-39 təyyarələrində və “Mİ” seriyalı helikopterlərdə təlim-məşq uçuşları həyata keçirilir. Təlimlərdə iki və dörd təyyarədən ibarət dəstə tərkibində uçuş vəzifələri də yerinə yetirilir.

Təyyarənin avionika və idarəetmə sistemləri mürəkkəb deyil. Bunun sayəsində gənc təyyarəçilər təyyarəni öyrənməkdə və istismarında daha az çətinliklə üzləşirlər. Bu da dinləyicilərin uçuş qabiliyyətlərinin formalaşmasında və özünə inamın artmasında müsbət rol oynayır. İlkin təlimlər zamanı ən çətin mənimsənilən uçuş mərhələlərindən təyyarənin qalxışı və enişidir ki, “Super Mushshak”ın köməyi ilə bu proses kifayət qədər sadələşir. Təlimatçılar üçün bu təyyarənin üstün keyfiyyətlərindən biri də oturacaqların yanaşı olmasıdır. Bunun nəticəsində təlimatçı gənc pilotun fəaliyyətini daha rahat müşahidə edə bilir və buraxdığı nöqsanlara vaxtında müdaxilə etmək imkanı qazanır. Uçuşlar daha aşağı sürətlə yerinə yetirilir ki, bu da öyrənən heyətdə səmtləşmənin aparılmasını, uçuş zonalarının öyrənilməsini, diqqətin paylanmasını rahatlaşdırır və uçuş vərdişlərinin daha da yaxşı inkişafına zəmin yaradır.

Xatırladaq ki, Azərbaycanın Pakistandan “Super Mushshak” təlim vasitələrindən başqa JF-17 “Thunder” Block III döyüş təyyarələrinin əldə edilməsinə dair müqaviləni də 2019-cu ildə imzalayacağı gözlənilir, lakin bu barədə hələlik rəsmi məlumat verilməyib. Ciddi texniki uçuş xüsusiyyətlərinə malik qırıcının son konfiqurasiyasının seriya istehsalına bu ilin sonu, gələn ilin birinci yarısında başlanacağı gözlənilir. Block III versiyası daha mükəmməl infraqırmızı axtarış-izləmə sistemini və stels xüsusiyyətlərini özündə birləşdirməklə yanaşı daha güclü AFAR radarından istifadə edəcək. Yeni AFAR tərəfindən qırıcının pilotuna vəziyyət haqqında məlumatların təqdim edilməsi və qırıcının radarlara görünməsinin minimuma endirilməsi imkanlarını bu sahədə inqilabi dəyişiklik adlandıra bilərik. 150 km məsafədə hədəflərin məhv edilməsinə imkan verən PL-15 raketləri isə Pakistan qırıcısının istənilən rəqibləri ilə döyüşdə mütləq üstünlük əldə etməsinə səbəb olacaq. Artıq bəzi mütəxəssislər JF-17 “Thunder” Block III versiyasının növbəti nəslə aid olacağı ilə bağlı fikirlər səsləndirməyə başlayıblar. Bizə isə bir az da gözləmək qalır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Super-Mushshak   JF-17  

Xarici asqıda 300 kq yük götürmə qabiliyyətinə malik təlim təyyarəsi - "Super Mushshak" (EKSPERT)

2019/08/4d24a-1565513329.jpg
Oxunub: 1924     11:02     09 Sentyabr 2019    