“Cəsur döyüşçü” döş nişanı ilə təltif edilmiş erməni əsgəri xidmət yoldaşını zorladı

2019/05/ermen-1556718533.jpg
Oxunub: 3897     17:45     01 May 2019    
Ermənistanda “Cəsur döyüşçü” döş nişanı ilə təltif edilmiş tuşlayıcı əsgər, xidmət yoldaşını cinsi təcavüzə məruz qoyub.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2019-cu il fevralın 25-də açıq qapı məhkəməsində “N” nömrəli hərbi hissədə tezləşdirilmiş məhkəmə istintaqının tətbiq olunması ilə 1999-cu ildə doğulmuş, əvvəllər məhkum edilməmiş erməni əsgərin cinayət işinin istintaqı aparılıb.

Təqsirləndirilən hərbi qulluqçu, hərbi hissə komandanlığının nəzarəti altında olub.

Cinayət materiallarına görə, 2018-ci il noyabrın 30-da 2 nömrəli qarnizonun hərbi prokurorluğu tərəfindən cinayət işi açılıb. 2018-ci il dekabrın 3-də cinayət materialı icraata qəbul edilib. Həmin vaxt başqa bir əsgərin zərərəçəkən kimi tanınmasına dair qərar qəbul edilib.

2018-ci il dekabrın 14-də tuşlayıcıya qarşı ittiham irəli sürülüb. Ermənistan Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin manqa tuşlayıcısı, müddətli xidmət hərbi qulluqçusu, 2018-ci il noyabrın 18-də yataqxanada “Yat” komandasından sonra şəxsi tələbatlarını ödəmək məqsədilə üst çarpayıda yatan əsgər yoldaşı, qumbaraatan əsgərə qarşı, onun yatmış olmaqla, köməksiz vəziyyətindən istifadə edib. O, əsgər yoldaşının iradəsinə zidd olaraq seksual xarakterli, həmcinsli hərəkətlərə yol verib.

Dekbarın 14-də ittiham edilən erməni hərbi qulluqçuya qarşı komandanlığın nəzarətinə verilməsi barədə qərara qəbul edilib. Altı gün sonra cinayət üzrə materiallar məhkəməyə göndərilib. İttiham edilən özünü tam günahkar hesab etdiyini və məhkəmə işinin tezləşdirilməsini xahiş edib.

Hərbi hissə tərəfindən müsbət xarakterizə edilən, “Cəsur döyüşçü” döş nişanı ilə təltif edilmiş təqsirləndirilən erməni əsgərə, qarşı məhkəmə qərarı zamanı yüngülləşdirici məqamlar nəzərə alınıb.

Təqsirləndirilən şəxsin 3 il müddətinə azadlıqdan mərhum edilməsinə qərar verilməklə, məhkəmə qanunvericiliyə əsasən 1 illik sınaq müddəti təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Zorakılıq   Təcavüz  

“Cəsur döyüşçü” döş nişanı ilə təltif edilmiş erməni əsgəri xidmət yoldaşını zorladı

2019/05/ermen-1556718533.jpg
Oxunub: 3898     17:45     01 May 2019    