Ukraynanın “Ukroboronprom” dövlət korporasiyasının “Speçtexnoeksport” şirkəti Türkiyənin “Makina ve Kimya Endüstri Kurumu” dövlət şirkəti ilə tank əleyhinə idarə edilən raketlərin alınmasına dair ilkin müqavilə imzalayıb.
Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, IDEF-2019-da Türkiyənin MKEK dövlət korporasiya ilə Kiyevin “Luç” zavodunun istehsalı olan 120 mm-lik idarə edilən “Konus” raketlərinin satılmasına dair müqavilə imzalanıb.
Alınan raketlərin Türkiyə tanklarında yerləşdirilməsi və daha sonra MKEK-in zavodlarında istehsal ediləcəyi qeyd edilib.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər: