Ordu.az xəbər verir ki, Konya şəhərində yerləşən TÜMOSAN fabrikində istehsal olunan "Pusat"ın gələcəkdə Türkiyə ordusunun silahlanmasında yer alacağı gözlənilir.
TÜMOSAN Motor və Traktör Sənaye A.Ş. dizel mühərrik və traktor istehsalını da reallaşdırır. Hazırda ildə 75 min mühərrik, 45 min ədəd traktor istehsal edilir. TÜMOSAN öz istehsal xəttlərini inkişaf etdirərək müxtəlif çalışmalar ilə istehsala və inkişafa təkan verən ciddi mühəndis heyətinə malikdir.
Bunlardan başqa TÜMOSAN hibrid platformalı yarı-avtomatik və avtomatik robotları inkişaf etdirən, texnologiyanı təqib edən və onları istehsala inteqrasiya edən qabaqcıl firmadır. İstehsalı gündən-günə inkişaf etdirərək yeni texnologiyalar tətbiq edən TÜMOSAN-ın Hibrit və Konvesional Platfomaları FNSS şirkətinin ALP yüngül tırtıllı vasitələrinin güc qrupunda yer alacağı gözlənilir.
Ordu.az