Ordu.az xəbər verir ki, bu barədə ŞƏT-ə üzv ölkələrin müdafiə nazirlərinin Bişkekdə keçirilən toplantısında məlumat verilib.
Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Rayımberdi Duşenbiev bildirib ki, ŞƏT regionda və dünyada təhlükəsizliyin qorunması üçün mühüm iş görür.
İclasda 2019-cu ildə Qırğızıstanın ŞƏT-ə sədrliyi dövründə görülən və nəzərdə tutulan işlər ətraflı müzakirə edilib. Həmçinin ŞƏT-ə üzv ölkələrin Müdafiə nazirliklərinin 2020-2021-ci illər üçün əməkdaşlıq planı, iclasın protokolu imzalanıb.
Təşkilata üzv ölkələrin dövlət başçılarının zirvə görüşünün bu ilin iyununda Bişkekdə keçirilməsi qərara alınıb.
Ağalar Ağalarlı
Ordu.az