Rus hərbçinin Ermənistan türməsinə köçürülməsi barədə yeni iddia qaldırılacaq

2019/04/102-b-1556283135.jpg
Oxunub: 1511     17:50     26 Aprel 2019    
Gümrüdə döyülmə nəticəsində ölən Culiyetta Qukasyanın hüquqi varislərinin nümayəndələri Şirak vilayət məhkəməsinin 19 mart tarixli qərarına qarşı apelyasiya şikayəti hazırlayıblar.

Ordu.az xəbər verir ki, bu barədə bu gün erməni KİV-lərinə verdiyi müsahibəsində Culiyetta Qukasyanın qızının nümayəndəsi, vəkil Arayik Zalyan bildirib.

O qeyd edib ki, qərar barədə apelyasiya şikayəti veriləcək.

Qeyd edək ki, daha öncəki qərarla erməni qadının öldürülməsində ittiham edilən rus hərbi qulluqçu Andrey Razqildeyevin rus hərbi bazasından Ermənistan türmələrindən birinə köçürülməsi barədə tələb rədd edilib.

Xatırladaq ki, 2019-cu il yanvarın 21-də Culiyetta Qukasyanın hüquqi varislərinin nümayəndələri Ermənistan Ombudsmanına müraciət edərək, rus hərbi qulluqçunun 102-ci rus hərbi bazasının ərazisindən Ermənistan türməsinə köçürülməsini tələb etməklə, insan haqlarının pozulması halının olub-olmadığına görə açıqlama verilməsini, eyni zamanda Razqildeyevin Ermənistanın cəzaçəkmə müəssisələrinə köçürülməsi üçün yardım etməyi xahiş ediblər.

Vəkil bildirib ki, indiyədək Ombudsman hərbi baza rəhbərliyi ilə danışıqlar aparır və heç bir nəticə yoxdur.

Daha öncə, icraatı həyata keçirən orqan, sonra isə Şirak məhkəməsi tərəfindən Andrey Razqildeyevin Ermənistanın cəzaçəkmə müəssisələrinə köçürülməsi barədə iddiaları rədd edilib.

Rus hərbi qulluqçu, dekabrın 2-də Gümrü şəhər sakini, 1961-ci il təvəllüdlü Culiyetta Qukasyanı döyərək, ölümünə səbəb olmaqda ittiham edilir. Onun barəsində dekabrın 12-də həbs qərarı verilib.

Razqildeyev hazırda rus hərbi bazası daxilində saxlanılır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Ölüm  


Bizi "telegram"da izləyin