Tonoyan Çıraqlı təxribatının üstünə su səpir

2019/04/45645-1556275424.jpg
Oxunub: 1834     14:54     26 Aprel 2019    
"Belə deyək, fasiləsiz eyni vəziyyətdir".

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərlə görüşündə Ermənistan Müdafiə naziri Davit Tonoyan bildirib.

Ermənistan Müdafiə naziri həftə ərzində Ağdamın Çıraqlı kəndi istiqamətində mülki sakinlərin atəşə tutulmasını gözardı edərək, hətta atəşkəsin pozulmasına görə, bölmələrimizi ittiham edib.

"Belə deyək, fasiləsiz eyni vəziyyətdir. Qarşı tərəfdən, hədəfə tuşlanmayan atəş açma halları olur. Vəziyyət sabitdir" - deyə Tonoyan qeyd edib.

Qeyd edək ki, aprelin 24-də, işğalçı ordunun bölmələri təxminən, saat 17:30 radələrində Ağdam rayonunun Çıraqlı kəndini atəşə tutub. Atəşə məruz qalanlar isə azyaşlı kənd sakinləri olub. Atəşə məruz qalanların ən böyüyü 13 yaşlı, ən kiçiyi isə 4 yaşlı qız uşaqları olub. Onlar öz qapılarının ağzında düşmənin atıcı silahlarının atəşinə məruz qalıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

Tonoyan Çıraqlı təxribatının üstünə su səpir

2019/04/45645-1556275424.jpg
Oxunub: 1835     14:54     26 Aprel 2019    