İran 3 yeni raket istehsal edib

2019/04/31119-1556258674.jpg
Oxunub: 1789     20:34     26 Aprel 2019    
İran Müdafiə Nazirliyinin və Quru Qoşunlarının Aviasiya bölməsinin ekspertləri üç yeni raketi layihələndirilməsində iştirak edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, raketlərə “Heydər”, “Qəmər-e Banu Həşim” və “Devləviyə” adları verilib.

“Heydər” müxtəlif növ sistemlər üzərinə quraşdırıla və 8 kilometrdənm artıq məsafəyə qədər uzaqlıqda yerləşən zirehli hədəflər, quru ləvazimatları, canlı qüvvələrə hücum edə biləcək “hava-yer” raketidir.

“Qəmər-e Banu Həşim” də 8 kilometrdən artıq mənzilə sahib “hava-hava” və “hava-yer” raketidir. O, da eyni tipli hədəfləri vura və qaranlıqda da buraxıla bilir.

“Dehləviyə” isə lazerlə idaərolunan “hava-yer” raketidir. Yüngülçəkili, 8 kilometr mənzilə sahib olan bu raket 1,2 metr qalınlığa malik zirehi dələ bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Raket  


Bizi "telegram"da izləyin