Ermənistanda saxlanılan Elvin İbrahimov əməliyyat olunub – DETALLAR

2019/04/56756-1556258722.jpg
Oxunub: 3147     10:01     26 Aprel 2019    
Azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov aprelin 24-də Erebuni Tibb Mərkəzinə qəbul edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Yoxlanışdan sonra həkimlər xəstənin dərhal əməliyyata salınmalı olduğunu və söyləyiblər. Açıq cərrahiyyə əməliyyatı zamanı İbrahimovun mədəsindən yad cisim götürülüb. E. İbrahimovun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, E. İbrahimov bu il martın 16-da yolu azaraq, təmas xəttinin qarşı tərəfinə keçib. O, sərhədi keçərkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.


Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayaraq, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığını diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Girov   Elvin-İbrahimov  


Ermənistanda saxlanılan Elvin İbrahimov əməliyyat olunub – DETALLAR

2019/04/56756-1556258722.jpg
Oxunub: 3148     10:01     26 Aprel 2019    
Azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı Elvin Arif oğlu İbrahimov aprelin 24-də Erebuni Tibb Mərkəzinə qəbul edilib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Ədliyyət Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr departamenti məlumat yayıb.

Yoxlanışdan sonra həkimlər xəstənin dərhal əməliyyata salınmalı olduğunu və söyləyiblər. Açıq cərrahiyyə əməliyyatı zamanı İbrahimovun mədəsindən yad cisim götürülüb. E. İbrahimovun vəziyyətinin stabil olduğu bildirilir.

Qeyd edək ki, E. İbrahimov bu il martın 16-da yolu azaraq, təmas xəttinin qarşı tərəfinə keçib. O, sərhədi keçərkən ermənilərin açdığı atəş nəticəsində yaralanıb.


Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət ünvanlayaraq, onun ruhi xəstə olduğu və əqli inkişafdan geri qaldığını diqqətə çatdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Girov   Elvin-İbrahimov  


Bizi "telegram"da izləyin