Məhkəmə nümayəndələri hərbi qulluqçularımız görüşüblər

2019/04/ff870-1556209711.jpg
Oxunub: 1697     18:45     25 Aprel 2019    
Müdafiə Nazirliyinin 2019-cu il üçün tədbirlər planına əsasən Tərtər Hərbi Məhkəməsinin, Gəncə və Şəki Apelyasiya məhkəmələrinin nümayəndələri şəxsi heyətin hüquqi maarifləndirilməsi məqsədilə Bərdə Qarnizonunun hərbi hissələrində görüşlər keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, görüşlərdə qarşılıqlı münasibətlərin nizamnamənin tələblərinə uyğun qurulması, cinayətkarlığa qarşı mübarizədə məhkəmənin hökm və qərarlarının rolunun artırılması, hərbi qulluqçular tərəfindən hərbi xidmət əleyhinə olan və digər cinayətlərin törədilməsinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin görülməsi barədə şəxsi heyətlə söhbətlər aparılıb.

Şəxsi heyəti maraqlandıran sualları cavablandıran qonaqlar bu cür tədbirlərin mütəmadi keçirilməsinin vacibliyini vurğulayıblar.

Sonda qonaqlar hərbi qulluqçuların xidmət və sosial-məişət şəraiti ilə də tanış olublar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Məhkəmə   MN  


Bizi "telegram"da izləyin