ABŞ donanması AEGIS virtual ekiz sistemini sınaqdan keçirib

2019/04/US-Na-1556189461.jpg
Oxunub: 1732     21:38     25 Aprel 2019    
ABŞ donanması “USS Thomas Hudner” gəmisinin komandası Birləşdirilmiş Müharibə Sistemləri Proqram İcraçı İdarəsi (BMS Pİİ) ilə əməkdaşlıq çərçivəsində “AEGIS Virtual Twin” sisteminin sınağını keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, BMS Pİİ onun AEGIS Virtual Döyüş İdarəetmə Sisteminin prototipi olduğu bildirilib.

Hudnerin heyəti sözügedən sistem vsitəsilə yaxınlaşmaqda olan hədəfə qarşı raket buraxıb. Həmin sistem radarları idarə edə və raketləri istiqamətləndirə bilər.

Bu sistem viruallaşdırma texnologiyasından istifadə etməklə orijinal AEGIS silah sisteminin kodlarını idarə edə bilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AEGIS   ABŞ   Sınaq  


Bizi "telegram"da izləyin