Putin KXDR lideri ilə nüvə probleminin həllini müzakirə edir - FOTOLAR+VİDEO
Oxunub: 1846
10:20
25 Aprel 2019
Rusiya Prezidenti Vladimir Putin KXDR lideri Kim Çen Inla görüşüb.
Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Vladivastoka gələn Kim Çen Inı Rusiya Prezidenti Vladimir Putin qarşılayıb.
Görüşün mətbuata açıq hissəsində Putin bildirib ki, Şimali Koreya liderinin Rusiya səfəri ikitərəfli əlaqələri gücləndirəcək.
"Bu səfər bizə Koreya yarımadasındakı narahatlığı başa düşmək üçün kömək olacaq. Kimin KXDR-ABŞ münasibətlərini normallaşdırma cəhdlərindən məmnunluq duyuram. KXDR-in iqtisadi əlaqələri inkişaf etdirmək üçün böyük imkanları var", - deyə o qeyd edib.
Rusiya-KXDR danışıqları dörd saat davam edəcək. Hazırda dövlət başçılarının təkbətək görüşü davam edir.
Qeyd edək ki, görüşün əsas mövzusunun Koreya yarımadasının nüvə probleminin həlli, həmçinin Rusiya və KXDR arasında münasibətlər olacağı gözlənilir.