ATƏT-in Baş katibi: "Rusiyanın münaqişənin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram"

2019/04/64564-1556103492.jpg
Oxunub: 1160     14:57     24 Aprel 2019    
"Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram"

Ordu.az xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Tomas Qreminger Moskvada Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

"Rusiya ATƏT məkanında çoxdan qalmış, yeni yaranan və həll edilməmiş münaqişələrin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar formatlarında əsas tərəfdaşdır", - deyə o qeyd edib.

Qreminger əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün Rusiya Xarici İşlər naziri ilə görüş zamanı daha geniş müzakirə olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ATƏT   Qarabağ   Rusiya  

ATƏT-in Baş katibi: "Rusiyanın münaqişənin həlli üçün nüfuzundan istifadə edəcəyinə ümidvaram"

2019/04/64564-1556103492.jpg
Oxunub: 1161     14:57     24 Aprel 2019    