Almaniya səfiri: "Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların səmərə verəcəyinə ümidvarıq"

2019/04/23423-1556021761.jpg
Oxunub: 1372     16:14     23 Aprel 2019    
"Dağlıq Qarabağ ətrafındakı mövcud status-kvo qəbuledilməzdir".

Bunu mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların gedişinə münasibət bildirən Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab bildirib.

“Biz məsələnin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk qrupu tərəfindən göstərilən səyləri, həmçinin Anjey Kaspşikin fəaliyyətini dəstəkləyirik. Danışıqları maraqla izləyirik. Dövlət başçıları arasındakı danışıqların davam etməsinə və səmərə verəcəyinə ümidvarıq”, - almaniyalı diplomat qeyd edib. (Report)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Qarabağ  


Bizi "telegram"da izləyin