Erməni əsgər xidmətdən yayınmaq üçün 4 aydır hospitaldan çıxmır

2019/04/456_1-1556020752.jpg
Oxunub: 1394     17:47     23 Aprel 2019    
İşğal edilmiş Ağdərə yaşayış məntəqəsində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrində xidmət edən hərbi qulluqçuların müxtəlif yollarla xidmətdən yayınması halları artmaqda davam edir.

Ordu.az xəbər verir ki, ön xətt mövqeyində xidmət etməkdən yayınmaq istəyən Hovanes Knyazyan adlı hərbi qulluqçu 4 aydır ki, Ermənistan müdafiə nazirliyində xidmət edən qohumunun tapşırığına əsasən hərbi hospitalda saxlanılır.

Əsgəri hospitaldan çıxarmağa gücü çatmayan hissə komandiri nəhayət ki, H. Knyazyanın xidmət etmək üçün yaxşı yerə və asan hərbi hissəyə keçirilməsi barədə Ermənistan müdafiə nazirliyindən “xoş xəbər”, tapşırıq alıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Fərarilik  


Bizi "telegram"da izləyin