Ordu.az xəbər verir ki, eyni zamanda həkimlərin səhlənkarlığı səbəbindən də xəstə əsgərlər bir çox xoşagəlməz hallarla rastlaşırlar.
Belə bir hadisə bu yaxınlarda Tiqran Mxitaryan adlı hərbi qulluqçunun başına gəlib. Cərrahiyə əməliyyatından sonra halı pisləşən hərbçinin valideynləri övladlarının yenidən müalicəyə göndərilməsi üçün komandanlığa yalvarmaqdan yorulublar.
İş o həddə çatıb ki, övladlarının sağ qalması üçün, erməni əsgər T. Mxitaryanın valideynləri müalicənin bütün xərclərini özləri ödəyəcəklərini də boyunlarına götürüblər.
Ordu.az