Şanahan: “Türkiyə strateji bir ortaqdır və həmişə həll edilməli problemlər olacaq”

2019/04/thumb-1555656324.jpg
Oxunub: 514     11:51     19 Aprel 2019    
“Nazir Akar, yəni onlar (Türkiyə) strateji bir ortaqdır və hər zaman həll etməli olduğumuz çətinliklər olacaq. Buna görə də elə birlikdəykən oturub bu məsələləri müzakirə etdik”.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu fikirləri ABŞ-da Müdafiə nazirinin səlahiyyətlərini icra edən Patrik Şanahan səsləndirib.

Albaniya Müdafiə naziri Otla Xaçka ilə Pentaqonda bir araya gələn Şanahan jurnalistlərdən birinin Akar ilə baş tutan görüşdə iki ölkə arasındakı məsələlərlə bağlı hansısa irəliləyişin əldə edilib-edilməməsinə dair sualına belə cavab verib:

“Əlbəttə etdik. Onunla (Akarla) görüşmək xoşuma gəlir. Bu da elə görüşlərdən biri idi. Harda çətinliyimiz var, öhdəsindən necə gələ bilərik kimi bir şeydi və bunu ifadə etdim: biz mövqelərdən əlavə mənfəətlərə də fokuslandıq”.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şanahan   Türkiyə  

Şanahan: “Türkiyə strateji bir ortaqdır və həmişə həll edilməli problemlər olacaq”

2019/04/thumb-1555656324.jpg
Oxunub: 515     11:51     19 Aprel 2019    