"Bütün nüvə bombalarının anası bizdədir" - Modi

2019/04/2343_-1555591285.jpg
Oxunub: 745     16:50     18 Aprel 2019    
"Pakistan nüvə bombasına sahib olduğunu və düyməyə basmaqla bizi təhdid edə bilər. Lakin biz nüvə bombaların nüvəsinə, nüvə bombaların anasına malikik".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri Hindistan və Pakistan arasında gərginliyin davam etdiyi bir vaxtda Hindistanın Baş naziri Narendra Modi deyib.

Qucarat əyalətindəki Surendranaqarda seçki kampaniyasında çıxış edən Modi, rəsmi İslamabadı ehtiyatlı olmağa çağırıb.

"Pakistan nüvə bombasına sahib olduğunu və düyməyə basmaqla bizi təhdid edə bilər. Biz nüvə bombaların nüvəsinə, nüvə bombaların anasına malikik. Onlara demək istəyirəm ki, nə etmək istəyirsinizsə, onu edin, amma biz də cavab verəcəyik. Keçmişdə insanlarımız ağlayırdı ki, Pakistan bunu etdi, Pakistan onu etdi. İndi ağlama növbəsi Pakistandadır", - deyə o vurğulayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:

"Bütün nüvə bombalarının anası bizdədir" - Modi

2019/04/2343_-1555591285.jpg
Oxunub: 746     16:50     18 Aprel 2019    