""Taliban"ın danışıqlardan başqa variantı yoxdur" - Qani

2019/04/345_1-1555584408.jpg
Oxunub: 433     14:46     18 Aprel 2019    
"Bu, Əfqanıstandakı problemin həlli üçün tarixi bir fürsətdir".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan prezidenti Əşrəf Qani "Taliban"la sülh danışıqları aparmaq üçün Qətərə gedəcək nümayəndə heyəti ilə görüşü zamanı deyib.

O, heyətlə keçirdiyi görüşdə əldə olunan tarixi fürsətin yaxşı qiymətləndirilməli olduğunu vurğulayıb.

""Taliban"ın Əfqanıstan hökuməti ilə danışıqlardan başqa variantı yoxdur", - deyə Qani vurğulayıb.

Qeyd edək ki, hökumətin dəfələrlə "Taliban"la sülh danışıqlarına başlamaq üçün səy göstərməsinə baxmayaraq, hələ nəticə əldə olunmayıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Əfqanıstan   Qani   Taliban  

""Taliban"ın danışıqlardan başqa variantı yoxdur" - Qani

2019/04/345_1-1555584408.jpg
Oxunub: 434     14:46     18 Aprel 2019    