Erməni polisinin əsas nailiyyəti Paşinyanın sözündən çıxmamaqdır, yoxsa...?

2019/04/image-1555500680.jpg
Oxunub: 453     20:20     17 Aprel 2019    
Ötən gün Ermənistanda polis qüvvələrinin yaradılmasının 101-ci ildönümü təntənəli mühit və bayram əhval ruhiyyəsində qeyd edilib.

Ordu.az erməni KİV-lrinə istinadən xəbər verir ki, polis orkestri Nikol Paşinyanı, güc strukturlarının rəhbərlərini və nazirləri qarşılayıb.

Polis binasında tədbir davam edərkən polis rəisi Valeri Osipyanın sanki inqilabın qələbəsi əlaməti olaraq, polis binasında jurnalistlərin olmasına da bir nəticə kimi sevincək sima aldığı bildirilir.

Qeyd olunur ki, polis binasına erməni jurnalistlərin daxil olması polisin işinin inqilabi nəticəsi kimi təqdim edilməsi doğru deyil. Tədbir qurtardıqdan sonra bütün qapıların jurnalistlərin üzünə bağlandığı bildirilir. Fürsətdən istifadəyə cəhd edilsə də, hamı gizli şəkildə maşınlara minib aradan çıxıb. Yalnız MTX direktoru Artur Vanetsyan jurnalistlər olan tərəfdən keçməyə cürət edərək, bir neçə suala cavab verib.

Serj Sarkisyan dövründə olduğu kimi məmurlar maşına oturaraq aradan çıxıblar. Nikol Paşinyanın polis rəisinin yanında yazıq bir vəziyyət almış halda dayandığı vurğulanır. Həmin Paşinyan bir neçə gün öncə avtomobil gömrük əməkdaşından dik durmağı tələb edirdi.

Əvvəlcə Paşinyan çıxış edərək, bir il öncəki vəziyyəti xatırladıb. Paşinyan çıxışında polisin fəaliyyətindəki hər hansı nöqsana toxunmamaqla yanaşı, sitemdəki nöqsanları, çatışmazlıqları qeyd etməyib.

Polis rəisi Valeri Osipyanın çıxışının da tarix dərsi olduğunu xatırladılır. Qeyd olunur ki, Osipyan öz çxışına 20-ci əsrin əvvəlindən başlayıb. Osipyan polisin ictimai asayişi qorumaqla yanaşı, həm də sərhədi mühafizəsindən ağız dolusu danışıb.

Artur Vanetsyan daha ehtiyatlı çıxış etməklə, sonda Osipyanı döş nişanı ilə mükafatlandırıb. Digər məruzəçilərin çıxışları da keçmiş hakimiyyətdən qalma şablonlarla davam edib. Bunlardan yalnız Ədliyyə naziri Artak Zeynalyanın çıxışı qismən fərqlənib. O, Ermənistanda guya işgəncələr verilməsi və məlumat əldə edilməsi dövrünün geridə qaldığını vurğulayıb.

Hər bir çıxış edən tərəf sonda polis əməkdaşlarını medalla təltif edib. Daha sonra jurnalistlərə qapalı, şirniyyat masaları olan salona keçilib, buradan da gizli şəkildə jurnalistlərə görünmədən aradan çıxıblar.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Paşinyan  

Erməni polisinin əsas nailiyyəti Paşinyanın sözündən çıxmamaqdır, yoxsa...?

2019/04/image-1555500680.jpg
Oxunub: 454     20:20     17 Aprel 2019    