"Belarus Azərbaycana "Volat V-1"ləri "Groza-S"lərlə birgə sata bilər" - HƏRBİ EKSPERT (ANALİZ)

2019/04/14969-1554446908.jpg
Oxunub: 3693     10:54     05 Aprel 2019    
Artıq 65 ildir ki, MZKT (Minsk Təkərli Dartıcı Zavodu) ASC "Volat" markası altında ictimai istifadədə olan standart yollarda və çətin ərazi şəraitində ağır yüklərin daşınması üçün öz müştərilərinə unikal nəqliyyat layihələri əsasında istehsal etdiyi müxtəlif vasitələri təqdim edir. MZKT ASC yerli və xarici komponentlərin mümkün olan ən geniş çeşidindən istifadə edərək, fərdi müştəri texniki sifarişlərinə əsasən çox sayda texniki vasitələr istehsal edir. İstehsal edilən avadanlıqların əsas rəqabət üstünlüyü korporativ şüarla əks olunur: heç bir maneə tanımayan texnika istehsal etmək.

Belarus dilindən tərcümədə "Bahadur" mənasını verən "Volat" avadanlıqları yolsuzluq şəraitində işləməyə imkan verən yüksək texniki göstəricilərə malikdir. Müxtəlif sərt iqlim şəraiti texnikaların fəaliyyətinə təsir göstərmir. "Volat" avtomobilləri həm Yaxın Şərqdəki isti səhrada, həm Rusiya Federasiyasının şimalındakı dərin şaxtalı ərazilərdə özünü eyni dərəcədə müsbət cəhətdən göstərib.

Şirkətdə çalışan işçilərin ümumi sayı 5000 nəfərdən çoxdur. MZKT ASC-də çox sayda yüksək ixtisaslı konstruktor və mühəndis fəaliyyət göstərir. Şirkətin strukturuna 10 istehsal sexi, 3 köməkçi fəaliyyət sexi, 25 funksional idarə, 10 şöbə daxildir.

Hazırda şirkət 4x4, 6×4, 6×6, 8×4, 8×8, 10×4, 10×6, 10×8, 10×10, 12×12, 16×16 təkər formulasına malik yolsuzluq nəqliyyat vasitələri hazırlayır və istehsal edir.

Onların arasında aşağıdakı vasitələrə rast gəlmək olar:

- Neft və qaz yataqlarına xüsusi xidmət avadanlığının quraşdırılması üçün şassilər;
- Müxtəlif xüsusi avadanlıqların quraşdırılması üçün şassilər;
- 160 tonadək qaldırmaq qabiliyyətinə malik şassilər;
- 130 tona qədər yükdaşımaq qabiliyyəti olan yük maşınları və dartıcılar;
- 400 tona qədər yüklərin daşınması üçün ballast dartıcılar;
- 75 tonadək daşıma qabiliyyəti olan qoşqu və yarımqoşqular;
- 45 tona qədər yük daşıyan özüboşaldan yük maşınları.

Bu şassilərdən müxtəlif silah komplekslərinin və ağır hərbi texnika növlərinin tərkibində şassi kimi geniş istifadə olunur. Rusiya ordusu 60-dan çox silah sisteminin bazasında, o cümlədən "İsgəndər", S-300, S-400, "Bal", "Bastion", "Bereq", Rubej", "Klub-M" və "Monolit-B" sistemlərində MZKT-7930, "Smerç" YARS və "Topol" raket sistemlərində MAZ-7912/MAZ-7917, "Topol-M"-də MZKT- 79221, "Peçora" ZRK-da MZKT-8021, "Buk-M2" təkərli HHM vasitəsində isə MZKT-6922 şassisindən istifadə edir.

Belarusun xaricə ixrac etdiyi məhsulların təxminən 95 faizini "Volat" məhsulları təşkil edir. Məhsulların mühüm hissəsi Rusiyaya və Azərbaycana ixrac olunur. Şirkət digər ölkələrlə əlaqələrini müvəffəqiyyətlə inkişaf etdirir. Çində zavodun istehsal etdiyi detallardan yük maşınları hazırlayan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Misir və digər ölkələrə hazır məhsullar ixrac edən birgə müəssisə də yaradılıb. Müəssisənin məhsulları və istehsal prosesi TÜV ISO 9001 Avropa sertifikatına malikdir.

Belarus müdafiə sənayesinin nəhənglərindən MZKT ASC bu gün də perspektivli müdafiə layihələrini inkişaf etdirməkdə davam edir. Yeni növ zirehli nəqliyyat vasitələrinin istehsalına isə xüsusi diqqət yetirilir. Azərbaycan ilə Belarus arasında mövcud olan hərbi texniki əməkdaşlıq MZKT məhsullarının da Azərbaycan Ordusunun silahlanmasında yer almasına imkan verir. Son günlərdə sosial şəbəkələrdə Bakının Minskdən "Volat V1" zirehli avtomobilini əldə etməsi barədə qeyri-rəsmi məlumatlar yayılıb. Buna görə də Sizi ən yaxın tərəfdaşlarımızdan olan Belarusun istehsal etdiyi zirehli vasitə ilə yaxından tanış etmək qərarına gəldik.

MZKT-nin istehsal etdiyi "Volat V-1" və MZKT-490100 adlandırılan zirehli vasitə ilk dəfə 2016-cı ildə ictimaiyyətə nümayiş etdirilib. Müxtəlif yük, çoxməqsədli və xüsusi şassiləri ilə tanınan MZKT Belarus Müdafiə Nazirliyindən aldığı sifariş sayəsində artıq zirehli avtomobil bazarına daxil olmaq imkanı əldə edib.

MZKT-490100 zavod təyinatını alan "Volat V-1" layihəsinin inkişafı bir neçə il bundan əvvəl hərbçilərin sifarişi ilə hazırlanmağa başlayıb. Bu layihə çərçivəsində 4x4 təkərli formulasına və mərmi əleyhinə zirehə malik avtomobilin yaradılması nəzərdə tutulurdu.

Şəxsi heyətin silahla daşınması və ya maşınların bu və ya digər avadanlıqla təchiz edilməsi imkanının da təmin edilməsi layihədə öz əksini tapırdı. Müştərinin sifarişinə görə zirehli maşın fərqli silah modullarına və ya xüsusi avadanlıqlara sahib olmalı idi.

2016-cı ildə Belarusun yeni zirehli avtomobilinin prototipi hazır oldu. Avtomobilin rəsmi "premyerası" 2016-cı ilin iyun ayında Parisdə keçirilən "Eurosatory" sərgisində baş tutdu. MZKT-490100 zirehli avtomobili sərgiyə gələnlərin diqqətini çəkdi. Bəzi ölkələr onunla maraqlansa da maşınların ilk sərgidə satılmasına dair dəqiq məlumatlara malik deyilik. Fransa hərbi-texniki sərgisinin sona çatmasından sonra da zirehli avtomobilin qoşun sınaqları davam etdirildi.

Zirehli avtomobilin növbəti mühüm təqdimatı 2017-ci ilin mayında MILEX-2017 Minsk sərgisi çərçivəsində keçirildi. Bu dəfə istehsalçı özünü tək model ilə məhdudlaşdırmadı və bu sərgidə üç zirehli avtomobil təqdim etdi. Layihənin potensialını və maşının müxtəlif qabiliyyətlərini nümayiş etdirmək üçün hər üç nümunə müxtəlif döyüş və ya köməkçi vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulan müxtəlif xüsusi avadanlıqlar ilə təchiz edilmişdi.

Beləliklə, Minsk Təkərli Dartıcı Zavodu "Volat V-1" yeni zirehli avtomobilinin həm Belarus Ordusunun, həm də xarici ölkələrin Silahlı Qüvvələrinin müxtəlif bölmələrində geniş tətbiq imkanlarını aydın şəkildə göstərdi.

May ayında keçirilən sərgidə istehsalçı şirkətin nümayəndələri MZKT-490100 layihəsinin uğurları barədə məlumat verdilər. Həmin vaxta qədər prototiplər lazımi testlərin tam dövrünü keçərək, təxminən 40 min km-lik müxtəlif ərazilərdə məsafə qət etdilər.

Sınaqlar zamanı avtomobil yüksək imkanlar göstərdi. İstifadə olunan komponentlərin 70%-dən çoxunun Belarus sənayesi tərəfindən istehsal olunması, layihənin yüksək səviyyədə lokalizasiyaya malik olduğunu qeyd etməyə əsas verir.

Yeni Belarus zirehli avtomobili bu texnologiya arxitekturası üçün standarta malikdir. Zirehli korpusdan bütün əsas struktur elementlərini qorumaq üçün istifadə olunur və vasitənin əsasını təşkil edir. İstehsalçının sözlərinə görə, "Volat V-1"in ballistik mühafizəsi dövlət standartlarının 4-cü sinfinin tələblərinə cavab verir.

"Volat V-1" təhlükəli şəraitdə ekipaj və desantı daşımaq, uzaq dayaq məntəqələrini və ya qarnizonları təmin etmək, tibbi təxliyyə, sülhməramlı və antiterror əməliyyatları zamanı müxtəlif vəzifələri yerinə yetirmək üçün nəzərdə tutulur.

Ölkəmizin də əldə etdiyi ehtimal olunan "Volat V1" zirehli avtomobili 6-8 nəfərlik xüsusi təyinatlı qrupu əşyaları ilə birlikdə yanacaq almadan 1000 km-ə qədər məsafədə daşıya bilir. Yəqin ki, bu vasitənin fərqli bir adı mövcuddur. Onun təqdimatını və satışını "AGAT-idarəetmə sistemləri" şirkəti həyata keçirir. Bu şirkətin bir neçə gün əvvəl "Lektor" daşınan idarəetmə kompleksinin Azərbaycana tədarük etdiyi də məlum olub. Bu isə ən azından zirehli vasitənin "AGAT-idarəetmə sistemləri" şirkətinin istehsal etdiyi bəzi avadanlıqlara sahib olduğuna dəlalət edir.

"Volat V1" (MZKT 490100) gücləndirilən, mina qorunmasına malik təkərli zirehli vasitənin əsas texniki xüsusiyyətləri:

Qabarit ölçüləri - 6400 x 2550 x 2660 mm.

Silahlanması:

- 12.7 mm NSVT pulemyotu (30 mm AQ-17 avtomatik qumbaraatanı və ya "Şerşen" TƏİRK);
- RQD-5 qumbarası - 20 ədəd;
- F-1 qumbarası - 20 ədəd;
- 5.45 mm çaplı mərmi - 3240 ədəd (həmçinin, 7.62 mm mərmi - 2640 ədəd);
- 32 kq trotil dolu qutu;
- Korpusda atıcı silahlar üçün 4 ədəd yuva.

Zirehli avtomobildə hava ilə soyudulan, 340 at gücündə YMZ-5345-10 turbodizel mühərrikindən istifadə edilir. Şossedə sürəti 110 km/s, yolsuzluqda isə 60 km/s-dır. 11000 kq kütləyə malik zirehli maşının ehtiyat gediş məsafəsi 1000 km-dir, hər 100 km üçün 23 litr yanacaq sərf edir. Həmçinin hər biri 130 litr həcmli 2 çənə və avtomatik ötürməli sürətlər qutusuna malikdir. 14.00 R20 ölçülü şinlərə malik olan zirehli avtomobil 30 dərəcəlik yoxuşu, 40 sm-lik divarı, 2.5 metrlik xəndəyi aşa bilir. Personal daşıyıcı versiyada isə zirehli avtomobil 10 nəfərə qədər şəxsi heyət daşıya bilir.

"Volat" bazasında bir neçə xüsusi avadanlıqların quraşdırıla biləcəyini öncə qeyd etmişdik. Onlardan biri də bizə yaxşı tanış olan, "Radar" KB tərəfindən "Volat" və ya digər şassilərdə yerləşdirilən "Qroza-S" PUA-larla mübarizə stansiyasıdır. Bu kompleks daha ciddi PUA-larla mübarizə aparmaq üçün nəzərdə tutulur. Burada maşın atıcı silahlarla təchiz edilmir, əvəzində isə mürəkkəb radioqurğular quraşdırılır ki, onlar da PUA-ları izləyir, onun idarəetmə məntəqəsindən aldığı siqnalları "boğur", nəticədə PUA-nın idarəetmə məntəqəsi ilə əlaqəsi itir və aparatı ələ keçirmək mümkün olur. "Qroza-S" barədə bu ilin martın 13-də ətraflı məlumat vermişdik, bu səbəbdən onun üzərində çox dayanmaq istəmirəm.

Əldə edildiyi iddia olunan vasitə və onun modeli haqqında rəsmi məlumat olmadığına görə, şəxsi ehtimallara əsaslanaraq Azərbaycan tərəfinin məhz "Volat V-1" zirehli vasitəsi bazasında yerləşən "Qroza-S" PUA-larla mübarizə stansiyası əldə edə biləcəyini də düşünürəm. Bu stansiyalar istifadə ediləcəyi ərazinin relyefinə uyğun olaraq müxtəlif platformalarda yerləşdirilə bilər.

Sonda qeyd edək ki, Azərbaycanla Belarus arasında yüksək sürətlə irəliləyən hərbi texniki əməkdaşlıq, hər iki ölkənin istehsal etdiyi istənilən təyinatlı məhsulların hər iki tərəf üçün qarşılıqlı əlçatan olmasını bir daha əyani olaraq sübut edir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: VolatV-1   Azərbaycan-Belarus  

"Belarus Azərbaycana "Volat V-1"ləri "Groza-S"lərlə birgə sata bilər" - HƏRBİ EKSPERT (ANALİZ)

2019/04/14969-1554446908.jpg
Oxunub: 3694     10:54     05 Aprel 2019    