RF Dövlət Dumasının deputatı: "Ermənistan çox sərt bir təklif irəli sürüb"

2019/03/45645-1553664942.jpg
Oxunub: 1986     09:43     27 Mart 2019    
"Qarabağın (qondarma qurum-red.) danışıqlar prosesinə cəlb edilməsinin hələ vaxtı deyil. Bu barədə danışmaq hələ tezdir. İndiki məqamda bu, Ermənistan tərəfindən irəli sürülən olduqca sərt bir təklifdir".

Ordu.az xəbər verir ki, bu barədə Ruriya Federasiyası Dövlət Dumasının deputatı "Vahid Rusiya" fraksiyası rəhbərinin birinci müavini Adalbi Şxaqoşev danışqılar prosesində qondarma qurumun iştirakı məsələsini şərh edərkən bildirib.

Onun sözlərinə görə, başlanğıc üçün İlham Əliyevlə Paşinyan arasında İrəvan-Bakı formatında bir neçə görüş mərhələsinin keçirilməsi zəruridir.

"Tərəflər oturub məsələni uzun zaman müzakirə etməlidir. Ermənistan və Azərbaycanın başqa çıxış yolu yoxdur. Hər şey danışıqların aparılması sənətindən və ümumi konturlar tapılmasından asılıdır", - deyə rusiyalı politoloq qeyd edib.

O qeyd edib ki, Rusiyanın Azərbaycan və Ermənistanla konstruktiv münasibətləri mövcuddur.

"Moskva hər iki tərəflə münasibətlərin inkişaf etdirilməsini strateji məqsəd hesab edir", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Rusiya  

RF Dövlət Dumasının deputatı: "Ermənistan çox sərt bir təklif irəli sürüb"

2019/03/45645-1553664942.jpg
Oxunub: 1987     09:43     27 Mart 2019    