"Orduya 2.5 mlrd dollar köçürülməsi barədə bildirmişəm, lakin narazıyam" - Paşinyan

2019/03/12136-1553019700.jpg
Oxunub: 1105     18:17     19 Mart 2019    
"Korrupsionerlərdən qaytarılan vəsaitlər kifayət qədər həcmdə və ölçüdə deyil".

Ordu.az xəbər verir ki, bu barədə bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında bildirib.

Jurnalist, Paşinyanın seçkilər zamanı orduya əlavə 2.5 milyard dollar lazım olduğu və bu vəsaitin məlum korrupsionerlərdən toplanan vəsait hesabına həyata keçiriləcəyinə dair verdiyi bəyanatları xatırladaraq, bu 4 ay ərzində müdafiə nazirliyinə nə qədər vəsait köçürüldüyünə dair sual ünvanlayıb.

Paşinyan isə cavabında prosesin həcmindən narazı oluğunu qeyd edib: "Bəli ordu barədə demişəm. Ancaq indi deyirəm ki, bu prosesin həcmindən narazıyam. Demişəm ki, bu bizim 5 illik problemdir və həll edilməlidir. Nə qədər pul köşürülübsə, bu barədə ictimai məlumat verilib. Bir sıra işlər ilkin istintaq mərhələsindədir. Bu işlər 60 mlrd çərçivəsindədir. Bir hissəsi də köçürüləcək. Bir hissəsi barədə isə yeni cinayət işi açılıb və iş davam edir".

O, qaytarılan vəsaitlərin kifayət qədər həcmdə olmadığından narazı olduğunu bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Paşinyan   Korrupsiya  

"Orduya 2.5 mlrd dollar köçürülməsi barədə bildirmişəm, lakin narazıyam" - Paşinyan

2019/03/12136-1553019700.jpg
Oxunub: 1106     18:17     19 Mart 2019    