Pentaqon hərbi kəşfiyyat proqramı üçün 23 milyard dollar büdcə istəyir

2019/03/10497-1552975892.jpg
Oxunub: 831     19:10     19 Mart 2019    
ABŞ Müdafiə Nazirliyi hərbi kəşfiyyat proqramının (HKP) maliyyələşdirilməsi məqsədilə növbəti ilin büdcəsindən 22,95 milyard dollar vəsait tələb edib.

Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti tərəfindən yayılan rəsmi bəyanatda qeyd edilib.

“Həm Pentaqonun baza büdcəsində, həm də Mümkün Xarici Əməliyyatlara ayrılacaq maliyyədən olmaqla ümumilikdə HKP üçün 22,95 milyard dollar nəzərdə tutulub və o, milli müdafiə strategiyasına dəstək kimi uyğunlaşdırılıb”, - deyə bəyanatda qeyd edilib.

Qeyd edək ki, HKP sadəcə taktiki hərbi əməliyyatların planlaşdırılması və həyata keçirilməsi məqsədilə kəşfiyyat məlumatları toplayan proqramların cəmidir. O, Milli Təhlükəsizlik Proqramı ilə birlikdə ABŞ Kəşfiyyat Cəmiyyətini (Birliyini) təşkil edir. Buraya isə 16 dövlət kəşfiyyat agentliyi daxildir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Pentaqon   Hərbi-kəşfiyyat  

Pentaqon hərbi kəşfiyyat proqramı üçün 23 milyard dollar büdcə istəyir

2019/03/10497-1552975892.jpg
Oxunub: 832     19:10     19 Mart 2019    