Xidmət yoldaşının söyüşlərinə tab gətirməyən erməni əsgər intihara əl atdı – DETALLAR

2019/03/00-59-1552904824.jpg
Oxunub: 1033     20:26     18 Mart 2019    
Ermənistan ordusunun əsgəri Ç.Narekin işi ilə bağlı apelyasiya şikayəti Apelyasiya məhkəməsinin icraatındadır, cinayət işinə Sünik vilayət məhkəməsində baxılır. Ç.Narek mütəmadi olaraq tabeliyindəki əsgər H.Sevakın ünvanına təhqirlər edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Narek onu hərbi qulluqçuya yaraşmayan, hərbi xidmətindən irəli gəlməyən işlər görməyə vadar edib. Öz hərbi təchizatını onun əvəzinə alması, daşıması, çarpayısını nizama salması, öz əvəzinə həcmindən artıq təmizlik işləri görməsinə dair tapşırıqlar verib.

Onun telefonunu əlindən almaqla, özü istifadə edib, mütəmadi olaraq əsgər Sevakın ünvanına təhqirlər yağdırıb. Əsgərin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verdiyinə görə əsgər Ç.Narekə qarşı ittiham irəli sürülüb.

Beləliklə 2016-cı il martın 21-i saat 21:30 radələrində axşam yoxlaması zamanı bölük növbətçisi olaraq Ç.Narek axşam yoxlaması kitabını düzülüş yerinə gətirməyi unutduğundan, əsgər yataqxanasından axşam yoxlamasını gətirmək üçün əsgər Sevakı kazarmaya göndərib.

Əsgər Sevak gecikdiyinə görə, Narek onun ünvanına sıranın önündə təhqirlər etməyə başlayıb, “bu g.. harda qaldı, gəlmədi” kimi təhqiramiz ifadələr işlədib. Sevak sıraya qayıdandan sonra isə sıranın önündə “bir palka getməyimə görə incimədin ki?” deyərək onu alçaldıb. Bundan başqa, 2016-cı il martın 16-da axşam “yat” komandasından sonra spirtli içki təsiri altında olmaqla yenə də əsgər Sevakın ünvanına təhqirlər edib, zorakı hərəkətlərə yol verməklə, yatan əsgərə şillələr vurub və mobil telefonunu əlindən alıb.

Davamlı olaraq, bu cür təzyiq və təhqirlərə məruz qalan erməni əsgəri Sevak 2016-cı ilin martın 24-ü saat 09:10 radələrində hərbi hissənin atəş sahəsində avtomatla atəş açaraq, intihar edib. İttiham edilən Narek adlı erməni əsgər baş verənlərdə özünü təqsirkar hesab etməyib. O bildirib ki, 2015-ci ildən tanıdığı Sevakın digər əsgərlərlə problemlərini həll edib, başqalarının ona iş gördürməsinin qarşısını almaqla daim ona köməklik göstərib.

Onun iddialarına görə, Sevak intihar nəticəsində yox, silahla təhlükəsiz davranış qaydalarını pozması nəticəsində həlak olub. Əsgərə qarşı tətbiq edilən zorakılıq hadisələrinin bəzi məqamlarının vaxtının keçməsi ilə bağlı Narekə qarşı cinayət istintaqına xitam verilsə də, o, digər məqamlarla bağlı təqsirli bilinərək, cinayət məcəlləsinin 3 maddəsi üzrə 4 il 3 ay 5 gün müddətinə azadlıqdan mərhum edilib.

Bununla bağlı Apelyasiya şikayəti verilməklə cəzasının sərtləşdirilərək, 6 il 3 ay 5 gün müddətinə çatdırılması tələb edilir. İttiham edilən tərəfin vəkilləri də şikayətlə məhkəməyə müraciət ediblər. Bu dəfə zərərçəkənin hüquqi varisi məhkəməyə gəlməyib.

Növbəti məhkəmə martın 28-nə təyin edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   İntihar   Zorakılıq  

Xidmət yoldaşının söyüşlərinə tab gətirməyən erməni əsgər intihara əl atdı – DETALLAR

2019/03/00-59-1552904824.jpg
Oxunub: 1034     20:26     18 Mart 2019    