ABŞ ordusunun yeni dəbilqə və zirehli gödəkcəsi bu ay təqdim ediləcək

2019/03/Body--1552028408.jpg
Oxunub: 1290     16:58     08 Mart 2019    
ABŞ Quru Qoşunlarının əsgərləri tezliklə yeni, yüngülçəkili bədən zirehi və dəbilqələri ilə təchiz ediləcək.

Ordu.az “Business Insider”ə istinadən xəbər verir ki, bu barədə ABŞ QQ-nin rəsmisi, briqada generalı Antoni Potts bildirib.

Onun sözlərinə görə, Əsgərin Mühafizə Sistemi adı verilən və baş üçün müdafiə sistemi, modular miqyaslanabilən gödəkçə və çanaq müdafiə hissəciyini özündə ehtiva edən sistem əvvəlkilərə nisbətən daha yaxşı müdafiə və mobillik təmin edəcək. Onun hərbçilərə çatdırılmasına bu aydan etibarən başlanacaq.

“Ceradyne Inc.” Korporasiyası tərəfindən ərsəyə gətirilən sistem öz sələfi ilə eyni səviyyədə ballistik müdafiə təmin etsə də, o, güllənin dəyməsi anından sonra enerjinin sovrulmasında əhəmiyyətli dərəcədə üstündür.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Zirehli-gödəkcə  

ABŞ ordusunun yeni dəbilqə və zirehli gödəkcəsi bu ay təqdim ediləcək

2019/03/Body--1552028408.jpg
Oxunub: 1291     16:58     08 Mart 2019    